Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT

6-04-2017, 16:30           
Uşaqların səhhəti boş şeydir, əsas Hadı müəllimin biznesidir... - FOTOFAKT
Parlamentin qalmaqallı çıxışları ilə tez-tez gündəmə gələn, maaşından gileylənən deputatı Hadı Rəcəblinin Lənkərandakı biznesindən yeni fotolar əldə etmişik.
BakiPost.az-a göndərilən fotolarda millət vəkilinin uşaq xəstəxanasının özəlləşdirdiyi binasında fəaliyyətə başlayan "Mayak” hoteli öz əksini tapıb. Bu obyekt şəhərin mərkəzində yerləşir.

H.Rəcəbli həmin hotel-restoranın ona aid olmadığını desə də, sözügedən tarixi binanın özəlləşdirilməsində mühüm təsiri olduğu bildirilir.
Hazırda "Mayak” hoteli deputatın Lənkəranda Maliyyə İdarəsinin rəisi olan qardaşı İqbal Rəcəbovun nəzarətində olduğu xəbər verilir.
İ.Rəcəbovun hotel biznesi oğlu tərəfindən idarə edilir. Deputatın qardaşı uzun illərdir ki, maliyyə rəisidir. O, azı 4-5 icra başçısı ilə işləyib və hər biri H.Rəcəblinin qardaşı ilə hesablaşıb.






]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.