Qızıl Almaz Şəhidin bacısının evini əlindən alıb-(sələm yerınə)

9-04-2017, 11:37           

Şirvan şəhər sakini Qızıl Almaz ləqəbi ilə tanınan Amaliya xanımla oğlanları Pərviz və Bəhruz Qurbanovlar barəsində gedən yazılarımızı oxuyan şəhəhr sakinləri redaksiyamıza olduqca ilginc məlumatlar ünvanlayırlar. “Utanmasan oynamağa nə var ki” başlıqlı yazımızdan sonra şəhər sakinlərindən redaksiyamıza Qızıl Almazın və oğlanlarının hədsiz acımasızlığı barədə məlumat daxil oldu. Məlumatlı mənbənin bildirdiyinə görə Qızıl Almaz yoldaşından qalmış var-dövlətini “sələmə” pul verməklə artırıbmış. Bir çoxlarının evlərini, maşınlarını və qızıl-ziynət əşyalarını verdiyi pul müqabilində girov götürərək arxasına keçən Amaliya xanım qısa müddət ərzində Qızıl Almaz ləqəbi ilə Şirvanda məhşurlaşır. Pula, qızıla və var dövlətə hərisliyi Qızıl Almazı ətraf rayonlarda hətta cənub bölgəmiz olan Lənkərandada məhşurlaşdırmışdır. “Ağ qızıl” ticarəti ilə püxtələşən Almaz xanımın Lənkəranda cuzi səhvliyi çox baha başa gəldi. Bu uğursuzluqdan hiddətlənən Almaz xanım bütün sələmdə olan pullarının hamısını tələb edib almağı qarşısına məqsəd qoyur. Girovda olan qızılların satışa çıxarılması və evlərin isə boşaldılaraq sahıblərinin küçəyə atılması prosesi başlayır. Bu kimi məhrumiyyətlə Şirvan şəhər sakini İradə xanım da üzləşir. Qardaşının Şəhid olmasına yəni Şəhid bacısı olmasına baxmayaraq Almaz xanım Şəhid bacısının evini boşaltdırıb küçəyə atır. Bu gün də İradə xanım kirayələrdə köçəri həyat sürür.
Məlumatlı şəxsin bildirdiyinə görə İradə xanımın əlindən alınmış mənzilində Qızıl Almazın “Narkobaron” kimi tanınan oğlu Pərviz Qurbanov yaşayır. Maraqlı olan bir hal da var ki, Almaz xanımın bu kimi özbaşınalıqlarına göz yumaraq təkan verənlər bu gün yenə onun müdafiəsinə qalxıblar. Şirvan şəhər Polis İdarəsinin Rəisi cənab Hikmət Quliyev şəhərə rəis təyin olunandan bir çox narko baronların isti aşına su qatıldı. Belə ki şəhərdə keçirilən əməliyyat tədbirləri nəticəsində bir çox açıq aşkar al-ver edən narkotacirlər aşkarlanaraq həbs olundular.
Bu həbslərdən təşvişə düşən Pərviz Qurbanov kimilər rəisə qarşı “Qara Piyar” metodundan istifadə etməyə başladılar. Bütün bu ləkə atma kompaniyalarına VETENPERVERLER.az olaraq tutarlı cavabı biz verdik. Şirvan Polisinin gördüyü tədbirləri real formada məhz Vetenperverler.az ışıqlandırdı. Ancaq təəsüflər olsun ki, Qızıl Almaz oğlu Bəhruz Qurbanovun köhnə dostlarının köməyi ilə bu gün “Qara Piyar” ləkəatma kompaniyasını bizə doğru istiqamətləndirir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş bir şəhidin bacısının evini sələm pulu əvəzinə əlindən alan Almaz xanım bu gün şərəf və ləyaqət anlamına hörmətlə yanaşıb. Şəhid bacısını küçəyə töküb evini sələm yerinə əlindən almaq hansı etalona sığır?
P.S. Vetenperverler.az olaraq araşdırmalarımızı davam etdiririk. Məlumatın dəqiqliyinə şübhələr olduğu üçün araşdırırıq. Bizə çatan məlumata görə İradə xanımın həyat yoldaşıda Torpaqlarımız uğrunda şəhid olub. Bu barədə araşdırmalarımız davam edir. Əlavaə olaraq diqqətinizə çatdırırıq ki, Almaz xanımla bağlı yazılarımızla əlaqəli əməkdaşlarımıza müxtəlif vəzifəli şəxslərdən telefon zəngləri olunur. Sayt olaraq üzümüzü onlara tutub bildirmək isdəyirik ki, biz Hüquqi, Demokratik və Dünyəvi bir dölətdə yaşayırıq. Hər birimizin də hüquqları qüvvədə olan qanunlarla qorunur. Jurnalist kimi isə bizim hüquqlarımız Beynəlxalq Qanunlarla qorunur.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru