"Görünür AZAL-ı da ASAN Xidmətə verməyin vaxtı çatıb" - Sərnişin "məmnunluğu"...

1-07-2017, 09:55           
"Görünür AZAL-ı da ASAN Xidmətə verməyin vaxtı çatıb" - Sərnişin "məmnunluğu"...
AZAL barədə bu günədək nə mediada, nə sosial şəbəkələrdə bircə dəfə sərnişin məmnunluğunu göstərən yazıya rast gəlinməyib. Səbəbsə bəllidir, bazarda yeganə daşıyıcı olduğundan saymazyana inhisarçılıq "rəqabət" deyilən bir şeyi yerli-dibli "menyu"dan çıxarıb.

Budur, növbəti sərnişin etirazı sosial şəbəkəni silkələyir. Tanınmış hüquqşünas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev də gecənin bir aləmində AZAL-ın xidmətindən "məmnun"luğunu bu cür ifadə edib:

"Hava limanındayıq. gecə saat 3.57.
Böyük növbə olmasına baxmayaraq AZAL - ın təhlükəsizlik yoxlaması yalnız bir keçiddən sərnişinləri yoxlayaraq buraxır. Halbuki daha 5 keçid boşdur. Soruşanda deyirlər rəhbərliyə müraciət edin."Bu da müştəri məmnunlugu". Görünür buranı da ASAN Xidmətə verməyin vaxtı çatıb".
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.