Surxay Mirzəyevdən Mikayıl Cabbarova yalan dolu təqdimat – Gülarənin üstünlüyü onun pulundadırmı...?
9-07-2017, 19:37

Bakunews.az-ın dəfələrlə yazdığı bir məqama yenidən toxunmaq qərarına gəldik. Belə ki, Tərtər rayon Təhsil şöbəsində baş verən qanunsuzluqlar və buna qarşı Təhsil Naziri Mikayıl Cabbarovun sərt təpkiləri cəmiyyətdə gələcəyə inamla baxmağa fənər oldu. Azadqaraqoyunlu kənd məktəbinin direktoru Elmira Hüseynov Bakunews.az-ın baş redaktoruna “Sənin - ananı ağladajam…” deyərək məktəb müəllimələrini məcbur edərək guya ki, ondan rüşvət istədiyimizi deyərək bizi şərləyəcəyin vurğulamışdı. Tərəfimizdən həmin səs yazıları ictimaiyyətə çatırılmış və baş redaktorun Təhsil Nazirinə açıq məktubundan sonra E.Hüseynova dərhal yoxlamaya götürülərək sadaladığımız faktlar araşdırılaraq direktor və onunla yanaşı məktəbdə səlahiyyətli şəxslər vəzifəsindən azad edilmişdir. Təhsil Naziri cənab Mikayıl Cabbarova bizə etimad edərək dəyərli vaxtını sərf edərək məsələni tam şəkildə nəzarətə götürdüyünə görə, araşdırmada əziyyəti keçən hər bir şəxsə dərin təşəkürümüzü bildiririk.
Qeyd edək ki, Nəcibə Müradovanın illərini həsr edərək yüksəltdiyi və qəhrəman oğular qızlar yetişdirdiyi məktəb bu gün kimə həvalə edilir. Şəhər 1 sayı məktəbdə illərin verən savadlı direktorlar bu gün orada baş verənləri gördükdə ürək ağrısı keçirirlər. Axı qəhrəman oğulları savadlı kadrları ilə Tərtər rayonunun adını daim yüksəkdə tutan bu təhsil ocağı ona layiq olmayan şəsxlərin əlinə düşməklə məhvə sürüklənir.
Bu günlərdə Tərtər təhsilində yeni qalmaqalar baş qaldırıb. Belə ki, Təhsil şöbəsinin müdiri S.Mirzəyev yeni qanunsuzluqlara imzasını atmaqla cənab nazirə yeni yalanlar təqdim edib. 1 saylı şəhər məktəbinə 15 min “şirinlik” qarşılığında təyin etdirmək istədiyi, şəhər 2 saylı direktoru məktəb-litseyin öz yarıtmaz və korruptiv fəaliyyəti ilə məhv edən Gülarə Əkbərovanı yerdəyişmə təqdimatı ilə nazir M.Cabbarova yeni yalanları ünvanlaması xəbəri redaksiyamıza daxil olub.
Gülarə Əkbərovanın 2 saylıda işlədiyi müddət ərzində bir çox qanunsuzluqları və rüşvət qalmaqaları olduğu halda onu rayonun adlı-sanlı məktəbinə direktor təyin etmək artıq rayonun təhsilində olan nüfuzunu yerlə-yeksan etmək deməkdir. Bakunews.az-ın apardığı araşdırmalardan məlum olub ki, iyul ayının əvvəlindən gələcək ilin təhsilinə zərbə olaraq Surxay Mirzəyev “şirinlik” qarşılığında G.Əkbərovanı yerdəyişmə etməsi üçün nazirə yalvarış dolu təqdimat ünvanlayıb. Əldə etdiyimiz məlumata görə isə təqdimatda şişirdilmiş həqiqətin əks edilmədiyi bir yalanların rəsmən ayaq açıb yeriməsidir. 1 saylı məktəbə layiqli direktor təyin edilməsi əvəzinə yarıtmaz fəaliyyəti olan şəxslərin təyin edilməsi qəbul edilməzdir. Aldığımız məlumata isə bildirilir ki, 1 saylıya layiqli təmsil edə biləcək Müsammədin müəllim direktor olamaq şansından məhrum edilib. Müsammədin müəllimin direktorlara təyin edilən imtahana girməsi üçün RTŞ-nin tərəfindən təqdimat göndərilməlidir. S.Mirzəyevin planının qüsürsuz işləməsi üçün Tərtər rayonundan savadlı kadrların imtahana girməsi üçün təqdimatlar qərəzli şəkildə yazılmış amma Gülarə Əkbərovanın imtahansız yerdəyişmə planı işə salınmışdır. Surxay Mirzəyevin Gülarə “sevdası” arxasında “şirinlik” qarşılığı olduğu keçən yazılarımızdan yerdəyişməyə görə 15 min manat təklif etdiyini qeyd etmışdik. Bu gün isə dediklərimiz öz əksini tapmaqdadır.
Müsammədin müəlimlə bağlı rayon ictimaiyyəti arasında apardığımız sorğudan məlum olub ki, bu müəllimin savadlı kadr olması Tərtər təhsilinin irələməsinə yeni-yeni naliyyətlərin əldə edilməsinə rəvac ola bilər. Müsammədin müəllimin həyat və yaradılıcığına nəzər saldıqda onun şəhər bir saylıya yeganə namizəd olduğunu görmək mümkündür. Amma S.Mirzəyev Müsammədindən “şirinlik” ala bilməyəcəyi üçün əhalinin savadlanmasının qarşısını Gülarə Əkbərovanı təyin etdirməkdə alacağını hesab etməmişdir. Fəaliyyəti dövründə heç bir naliyyəti olmayan G.Əkbərova şəhər 1 saylıya layiqli namizəd deyildir desək yanılmarıq. Tərtər rayonun ucqar kəndlərində belə Müsammədin müəllimin savadından danışıldığı halda Gülarəni tanıyan tapılmadı.
Sonda aldığımız məlumata görə isə Gülarə Əkbarovanın Şəhər 1 saylı məktəbə təyin edilməsinə real maniə olan iki savadlı şəxsin direktor imtahanlarına girməsinə Surxay Mirzəyev tərəfindən həqiqətə uyğun olmayan təqdimatlar sayəsində qarşısı alınaraq xanım müəllimənin yolları açılıb.
Gələn yazımızda:
Şəhid qızından kim hansı səbəbdən rüşvət istədi…?
Rayon məmurları hansı əməlləri ilə şəhidin ruhuna hörmətsizlik etdi…?
Surxay Mirzəyevin şəhid ailəsinə edilən hörmətsizlikdəki payı nədir...?
Bütün bunlarla bağlı məlumat almaq istəyirsinizsə bizi izləməyi unutmayın…