Tərtərdə suyun içindən qurd çıxır: Sayğac quraşdırıldı, təmiz su qəhətə çəkildi - VİDEO

21-07-2017, 22:49           
Tərtərdə suyun içindən qurd çıxır: Sayğac quraşdırıldı, təmiz su qəhətə çəkildi - VİDEO
Tərtər sakinləri içməli suya möhtac qalıb. Sakinlər bildirirlər ki, onlara verilən suların tərkibində həddən artıq bakteriyalar var. Bundan başqa həmin sulardan tam gəldiyi üçün nə içmək, nə də çay hazırlamaq mümkündür. Bu barədə Cebhe.info-nun bölgə müxbirinə yerli sakinlər məlumat verib.

Məsələ araşdırılarkən məlum olub ki, Tərtərin rayon mərkəzində yaşayan sakinlər əvvəllər içməli suyu artezian quyularından götürüblər. Lakin rayon mərkəzinə “Azərsu” tərəfindən su xətləri çəkilərək sayğaclar quraşdırıldıqdan sonra problemlər yaranıb. Tərtər sakini, Qarabağ müharibəsi qazisi Sənan Qayıbov qapılara çəkilən suyun bakteriyalı və çirkli olduğunu bildirir:

"Bu suyu içmək mümkün deyil. Həm xoşagəlməz tamı gəlir, həm də bulanıqdır. Bizə anbardan verilən sular filtirdən keçirilmir. Elə ailələr var ki, dəfələrlə suyun içərisində qurdlar aşkar edib. Əvvəllər heç olmasa hər küçənin başında bir artezian var idi, gedib oradan gətirirdik. İndi sayğac quraşdırıblar deyə həmin artezianların fəaliyyətini dayandırıblar. Rayonda cəmi iki yerdə işlək artezian və su quyusu var. Biri Səhləbad kəndində, digəri də İşıq İdarəsinin həyətində. Bütün rayon əhalisi o iki yerə möhtac qalıb. Elə gün olur ki 3-4 saat su növbəsi gözləyirik".

Düşmən atəşi altında qəhrəmancasına dayanan Tərtər sakinlər su məsələsiylə bağlı dəfələrlə müraciət etdiklərini, lakin baxılmadığını deyirlər. Əhalinin içməli su ilə yanaşı təsərüffat suyuna da ehtiyacı var:

"Qapıda bir- iki ağac əkmişik, bostan becərmək isdəyirik. Hamısı yanıb məhv oldu. Gətirib qapıda sayğac qoyub. Suyun bir kubuna görə 30 qəpik odənilməlidir. Mən o suyla həyət sulaya bilmərəm. Hazır məhsul almaq ondan ucuz başa gəlir".

Məsələ ilə bağlı "Azərsu"nun Tərtər rayon idarəsi iləəlaqə saxlamağa çalışdıq. Lakin cavabdeh qurumun əməkdaşları telefon zənglərimizi cavabsız qoydu.

Cəbhə.info məsələni diqqətdə saxlayacaq.
[media=https://www.youtube.com/watch?v=EyQRJ5pS_QM]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.