Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı,bəs müavini Arifə Məmmədova haqqında hansı tədbir görüldü?

Bu gün, 00:07           
Maşınını xadimələrə yudurdan direktor işdən çıxarıldı,bəs müavini Arifə Məmmədova haqqında hansı tədbir görüldü?
Texniki işçilərə maşınını yudurdan Bakı şəhəri 240 nömrəli tam orta məktəbin direktoru Esmira Məmmədova işdən çıxarılıb.

XALQ xəbər verir ki, məlumatı Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə direktor və direktor müavininə məxsus nəqliyyat vasitələrinin məktəb ərazisində məktəbin xadimələri tərəfindən yuyulması ilə bağlı videogörüntülər yayılmışdı.

Bildirik ki, məktəbin direktoru Esmira Məmmədovaya və direktor müavini Arifə Məmmədovaya məxsus olduğu bildirilən nəqliyyat vasitələri – müvafiq olaraq 77 PV 515 və 77 YG 944 dövlət qeydiyyat nişanlı maşınlar – məktəb ərazisində qeyri-qanuni şəkildə saxlanılır və məktəbin xadimələri tərəfindən yuyulur.

Bəs direktor müavini Arifə Məmmədova haqqında niyə tədbir görülmədi?

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru