Neftçalada özbaşınalıq baş alıb gedir - 5 milyonluq çökmüş yol, 6 min hektar qanusuz əkilmiş arpa.....

20-07-2015, 12:08           
Neftçalada özbaşınalıq baş alıb gedir - 5 milyonluq çökmüş yol, 6 min hektar qanusuz əkilmiş arpa.....
Neftçalada qaş düzəltmək əvəzinə vurub gözü də çıxarbılar...

teref.az infom.az-a istinadən xəbər verir ki, Neftçala rayonunda 27 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də ürək açan deyil.

Qeyd edək ki, bu yolun yenidən qurulması üçün Prezidentin 12 iyun 2012-ci il tarixli sərəncamı ilə dövlət büdcəsindən Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.

Təmir və yenidənqurma işlərini "Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirib. Hələ yol çəkilən vaxt işin keyfiyyətsiz görülməsi ilə bağlı yerli sakinlər müxtəlif instansiyalara narazılıqlarını bildirirdi.

Burada monitorinq keçirən Vətəndaş Nəzarəti Şəbəkəsi bir çox nöqsan aşkarlamışdı. Toplanan faklar onların yekun hesabatlarına daxil edilib, eyi zamanda, yol çəkilişinə cavabdeh- "Texnoyol” MMC-nin layihə rəhbəri Yunus Axverovun diqqətinə çatdırılıb.

Y. Axverov təqdim olunmuş bütün faktların doğruluğunu təsdiqləyib. Amma qəribədir ki, həmin nöqsanlar aradan qaldırılmadı.

Hazırda bu yol üzərində yerləşən "Lapatin” deyilən ərazidə dövlət fonduna aid 19 min ha-dan çox torpaq sahəsi var ki, bunun da 6 min hektarında qanunsuz olaraq arpa əkilib.

Havaların əlverişli keçməsi bu ərazidə məhsul bolluğu yaradıb. Sahibkarlar məhsulu bu ərazilərdən iri tutumlu yük maşını olan "Shaqman”larla müxtəlif istiqamtlərə daşıtdırır.

Bir yandan isti hava, o bir yandanda da 50 tonluq yük maşını yolun asfalt örtüyünə ciddi zərər yetirir.

Bir sözlə, Nefçalada qaş düzəltmək əvəzinə, vurub gözü də çıxarırlar.

Ortada bəzi işbazlar varlanır, dövlətin ayırdığı 5 milyon isə batıb gedir...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru