Əbulfəz Qarayevin Qubada olan adamı kitabxanalara ayrılan büdcə pulunu neyləyir - Kitabxanalar xaraba qalıb

20-07-2015, 22:37           

Quba rayonunda kitabxanalar məhv olmaq təhlükəsi yaşayır, rayon İcra Hakimiyyəti isə buna göz yumur.

Bunu Etatits.com-a şikayətlə müraciət edən Vasif Abdullayev deyir. Şikayətçi bildirir ki, Quba Rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov əsas hotellər və tuzimlə məşğul olur, ancaq kitabxanalara fikir verən yoxdur:

"Mədəniyyət və turizm sektorunda ciddi pullar "oynadığı" üçün Yaşar Məmmədovun əsas maraq dairəsində hotellər və turizimdir. Ancaq Yaşar Məmmədovun yadına salan yoxdur ki, mədəniyyət və turizmə kitabxanalar da daxildir. Bu rayonda kitabxanaların fəaliyyəti iflic hala düşüb, bəzi yerlərdə çayxana kimi fəaliyyət göstərir".

Şikayətçi deyir ki, bəzi kitabxanaların qapısı illərdir açılmayıb:

"Quba rayon Afurca kənd kitabxanasının qapısı illərdir açılmır. Kitabxanadan daha çox hansısa xaraba qalmış tövləyə oxşayır".

Bu xaraba qalmış kitabxananın şəkillərini çəkən az yaşlı Ayxan Zayidzadə ilə facebok vasitsi ilə əlaqə saxladım və çəkdiyi şəkilləri ictimailəşdirmək istədiyimi bildirdim. Yaşı az olsada bəzi məmurlardan dəfələrcə mədəni danvanış qabiliyyəti göstərən yeniyetmə bu kitabxana haqda öz fikirlərini də mənə yazdı".
Əbulfəz Qarayevin Qubada olan adamı kitabxanalara ayrılan büdcə pulunu neyləyir - Kitabxanalar xaraba qalıb
"Çox istərdim ki, o kənddə gözəl kitabxana olsun"

Vasif Abdullayev qeyd edib ki, məktəbli ona kənd uşaqlarının kitabxanaya, kitaba maraqlı olduqlarını deyib:


"Ayxan mənə dedi ki, Qubaya Təngaltına istirahətə gedərkən yolda kənd uşaqları ilə söhbət edib. Söhbət zamanı kənd uşaqlarının kitaba maraqlı olduqlarını, ancaq həmin kənddə olan kitabxananın illərdir açıq olmadığını deyib. Həmin kitabxanaya bitişik çayxana işləyir. Çox istərdim ki, o kənddə gözəl kitabxana olsun. İnanın, o uşaqlar kitabxanadan maraqla istifadə edəcəklər. Bəlkə də sabahın alimi, həkimi, naziri olacaqlar. Heç olmasa imkanı olmayan uşaqları düşünək. Onlar öz biliklərinin gücünə hansısa zirvəyə çatsınlar".

Şikayətçi Yaşar Məmmədovun bütün bu deyilənlərdən nəticə çıxardacağına inandığını deyib:

"İnanıram ki, o, kitabxananın təmir edilməsi üçün işlər görəcək".

Etatist.com xatırladır ki, kitabxanalar Mədəniyyət və Turizm Nazirliyinin Quba rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdindədir. Şikayətlə bağlı Quba rayon Mədəniyyət

və Turizm Şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənib yayımlayacağıq.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.