Qəbələ Gömrük postu rəisini var dövləti mənbəyi hardandır- FHN işçisi podratçı rolunda FOTO 3 hissə

21-07-2015, 10:56           

teref.aznun poçtuna Qəbələ müxbirindən daha bir yazı daxil olub. “İlk İnşaat” şirkəti ilə bağlı olan bu yazı əvvəlki yazılarımızın davamıdır!
Qəbələdə çalışan “İlk inşaat”ın Türk düşmanı heyəti hücuma keçdi...
Etdiyi əməllərin uctimailəşməsindən narahatlıq keçirən “İlk İnşaat” şirkətinin pkkçı - er-məni heyəti işçilər arasında təmizlik aparmaq qərarına gəlib.İlk olaraq milli duruşundan həmişə narahat olduğu Elsevər adlı Oğuzlu işçini təcili olaraq işdən çıxarıblar.Elsevər burada erməni hegemoniyasından ciddi narahat olan vətənpərvər bir işçi imiş. Haqlarında yazılan bilgiləri onun sızdıra biləcəyindən da şübhəyə düşüblər.
İkinci olaraq təcili üzlük daşda çalışan işçilərin əmək haqqıları verilib. Bu sahədə usta olaraq təxminən 30 nəfər,köməkçi işlərdə isə 20-yə yaxın işçi çalışır.Bu işçilərdən heç birinin əmək kitabçası yoxdur.İşə prosedura uyğun qəbul keçirilməyib. Əmək haqqıları nəqd olaraq ödənilir .Vergi və sosial fondlara ödəmələr icra olunmur.Onu da qeyd edək ki, üzlük daşının montajına iki ay qabaq başlanıb.
Rəsmi işə alınmış işçilərə də əmək haqqının böyük qismi nəqd ödənilir.Beləki aylıq 550 manat maaşa imza atan işçi Bank üçün əmək haqqı barədə arayış tələb etdikdə ona əmək haqqının 250 manat olması barədə arayış verilir.Bu da mühasibat uçotlarının iki nüxsədə aparıldığını ,rəsmi hesabatlarda külli miqdarda əmək haqqının vergilərdən yayındırıldığını göstərir.
Haqlarında araşdırılma aparılmasından narahat olan Gömrük postu rəisinin “İlk İnşaat”da çalışan komandası da narahatlıq keçirərək bizim saytda gedən yazıları yazmasında şübhələndikləri adamları- Vahid Qubadov və Şahin Cavadovu “razborkaya” çağırmışlar. Bu arada Vüqar Qismətovun İlk İnşaatdakı inşaat işlərinin icraçılarından biri , onun qardaşı Cəlil Qismətovun qayını Anar Şahverdiyev adlı şəxs şübhələndiyi kəsləri təhdid edərək arxalarında “ən üstdəkilərin dayandığını” söyləmiş, “İlk İnşaat”da üzlük daşı vurulması işinin podrat müqaviləsinin onunla bağlandığını,Vüqar Qismətovun heç nədən xəbərinin olmadığını vurğulamışdır. Maraqlıdır ki, inşaat şirkəti bu məsuliyyətli işi necə,hansı əsasla tikinti sahəsində heç bir təhsili,anlayışı olmayan Anar Şahverdiyevə həvalə edib ?! Məlim şeydir ki, işi almış olan Vüqar Qismətov və qardaşı ,FHN işçisi olan Cəlil Qismətov rəsmən müqavilə bağlaya bilməzdilər.Ancaq şirkətin rəhbərliyi Gömrük Postu rəisi ilə o qədər dərin ilişkiyə girmiş və Azərbaycanda cəzasızlığa o qədər arxayınlaşmışlar ki, onlar üçün kimin,hansı sənədə imza atmasının heç bir əhəmiyyəti qalmamışdır- “zatən kim araşdıracaq ki !?”
Gömrük Postu rəisi V.Qismətov öz çalışdığı sahədə də sənədləşmə işlərini apararkən “kimsənin onun işlərini qurdalamayacağına “ tam əmin davranır. Gömrük Postundan Vüqarın səyiylə uzaqlaşdırılmış köhnə işçilər, Vüqarın iş sahəsində ciddi yoxlama aparılarsa asanlıqla ortaya çıxacaq ən azından (onlara məlum olan ) 5 ciddi nöqsanın –“on il həbslə nəticələnə biləcək” qədər ciddi,- ortaya çıxacağından tam əmin danışdılar.
İnanmaya bilmirik,yoxsa bu qədər sərvəti tək inşaat obyektlərində işlərin alınmasıyla toplamaq mümkün deyil. Bizə yeni olaraq məlum oldu ki, bu adamın hətta Kürdəmirdəki Qəbələ qışlaq ərazilərində də 50-100 hektarlarla torpağı ,heyvan sürüləri var. Adi bir gömrük postu rəisi bu ölkəni bu qədər talayırsa ,vəziyyət çox ciddidir. Hazırda Gömrük Postunda “dəyirmanın necə döndüyünü “ araşdırmağa çalışırıq.Bizcə, əslində bu “Korrupsiya ilə mübarizə idarəsi”ni daha çox maraqlandırmalıdır.Elə MTN üçün də maraqlı faktların ortaya çıxması mümkündür.Hər halda Gömrük Postu hər hansı bələdiyyə idarəsi deyil,ölkəyə xaricdən girişlərin olduğu nöqtədir.Bu qarışıq zamanda Dövlətə sədaqət çox önəmli faktordur.Bütün əqidəsi puldan ibarət olan birinə ölkə üçün əhəmiyyət kəsb edən sahələri etibar etmənin ağır sonu ola bilər.
“İlk İnşaat”da isə Əhalinin sosial müdafiə nazirliyi, Ekologiya və Təbii sərvətlər nazirliyi və Vergilər Nazirliyi üçün araşdırılacaq çox işlər var.Əlbəttə Türkiyə bayrağı ilə maskalanmış ermənilər və pkkçılar da ölkəmizin təhlükəsizliyi üçün çox ciddi təhdiddir.Qəbələ mürəkkəb coğrafi,siyasi regiondur. Araşdırmalarımız dsavam edir!
Qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!
TEREF.İNFO



FHN işçisi olan və Cəlil Qismətov “İlk İnşaat” geyimində inşaatda.

FHN işçisi olan və Cəlil Qismətov “İlk İnşaat” -da kimin nə qədər iş gördüyünü və nə qədər alacağını hesablayır












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.