"AZAL"-ın min bir oyunu var bizim cibimizin başında- Monopoliya oyunları

21-07-2015, 11:08           
"AZAL"-ın min bir oyunu var bizim cibimizin başında- Monopoliya oyunları
15 iyulda qafqaznews.az saytında “Azərbaycan aviasiyasının Cahangir – Mahir yarası” başlıqlı məqalə dərc olunub. Məqalə Cahangir Əsgərov və onun şəriki Mahirə məxsus Summer Tour və Era Style şirkətlərinin turizm bazarında şəriksiz monopolist olmasından bəhs edir: “Bakıdan Antalyaya, Bodruma yay tətilinə uçan vətəndaşların olduğu təyyarələrdə 170-180 oturacaq var. Mahir mart ayından AZAL-a öncədən milyonlarla pul ödəyərək hər bir oturacağa 250 AZN gediş-gəliş haqqı ödəyir və bütün yerləri bron edir.
170-180 oturacaq hamısı Era Style-nin əlində olur. Özü isə şirkətin üzərindən yerləri 540 AZN-a satır. Və kimsə AZAL-ın Silk Way Travel şirkətindən bilet əldə etmək istəsə, bildirirlər ki, bilet yoxdur, istəsəniz Era Style-dən əldə edə bilərsiniz.
Təbii ki, biletləri Era Style turpaket olaraq satır. Yəni oteldə qalacaq gunləri hesablayaraq sifarişçiyə deyilir ki, bilet var və biletin qiyməti 540 AZN-dır.
Vətəndaş bildirəndə ki, sizdə otel qiymətləri çox bahadır, siz mənə sadəcə bilet verin, oteli özüm Turkiyədə alacam,onda Mahir bəy, yəni AZAL-ın monopolisti deyir yox, ayrıca bilet almaq istəsəniz biletin qiyməti gediş-gəliş 700 AZN olacaq, özü də ekonom -klassda.
Bakıda Era Style sizi yola salır, Turkiyədə Summer Tour-umuz qarşılayır. Eyni sistemi Mahir Turkiyə otellərində edib”.
Məlumat üçün qeyd edək ki, 4 mayda Milli Məclis “Antiinhisar fəaliyyəti haqqında” Qanun qəbul edib.

Bu qanunun 2.18-ci maddəsinə görə, inhisarçı qanun qarşısında məsuliyyət daşıyır. Və bu qanununun icrasına nəzarət Antiinhisar Dövlət Xidmətinə tapşırılıb. (tariffcouncil.gov.az).
Əgər yuxarıda qeyd etdiyimiz məqalədə deyilənlər həqiqətdirsə, onda həmin şəxslər qanuna görə məsuliyyətə cəlb olunmalıdır.
Qafqaznews.org olaraq dəqiqləşdirmək istədik ki, həqiqqətənmi Era Style şirkəti təyyarə biletlərini 250 manata alır ? Doğrudanmı, Era Style şirkəti vətəndaşlara təklif etdiyi turpaketin qiyməti 540 manatdır..? Şirkət AZAL-dan aldığı biletləri 700 manata satır?
Suallara cavab almaq üçün Era Style şirkəti ilə əlaqə saxlamağa çalısaq da mümkün olmadı.
Onda internetdən məlumat toplamaq qərarına gəldik.
Və 1news.az saytında 3 sentyabr 2014-cü il tarixli aşağıdakı məlumata rast gəldik:
“Ən gözəl mövsüm olan sentyabr ayında Antayla və Bodrumda istirahət 499 manata başa gəlir.
Məhz bu periodda Era Style İstambula uçuşlar təklif edir. Məhz bu vaxt AZAL и Turkish Airlines-ın təklif etdiyi biletlər 2 dəfə ucuz olur”,-məqalədə deyilir. eyub-h-seynov1
Biz Era Style şirkəti ilə bağlı suallarımızı turist agentliklərinə yönəltməli olduq.
Tornado Travel-in nümayəndəsi qafqaznews.az-ın yazdıqlarını təsdiq etdi.
Improtex Travel Tours şirkətinin nümayəndəsi daha müfəssəl məlumat verdi: “ Era Style şirkəti AZAL-dan təxminən 1 ay öncə biletləri alır. Biletin dəyərinə Era Style şirkətinin təklif etdiyi turpaket də imp-sdaxildir”.
Improtex Travel Tours şirkətinin nümayəndəsi Era Style şirkətinin biletləri təkrar satması ilə bağlı qafqaznews.az-ın yazdıqlarını təsdiq elədi.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Qafqaznews.org-a bildirdi ki: “ Era Style şirkət AZAL-dan aldığı biletləri təzədən vətəndaşlara sataraq istehlakçı hüququnu pozur və bu sferada inhisar yaradır. Düşünürəm ki, Antiinhisar dövlət xidməti bunun qarşısını almalıdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.