"KapitalBank"ın filialında vətəndaşlara necə torba tikirlər... - Daha bir ŞİKAYƏT

21-07-2015, 11:39           
"KapitalBank"ın filialında vətəndaşlara necə torba tikirlər... - Daha bir ŞİKAYƏT
Redaksiyamıza Şirvan şəhərində 11 №-li tam orta məktəbin tarix müəllimi Seyyub Əsəd oğlu Əsədov tərəfindən şikayət məktubu daxil olub. Narazı vətəndaş bank sektorundakı özbaşınalıqlardan giley edir.

Şikayətçi yazır ki, "Kapital Bank"ın Şirvan filialı ona qarşı qanunsuz addımlar atıb:

"Mən Şirvan şəhərində müəllim işləyirəm. Ailədə dörd nəfərik. İki oğlum məktəblidirlər. Tək mən işləyirəm. "Kapital Bank"ın Şirvan filialı özbaşnalıq edir. Ötən ay, yəni iyun ayında əmək haqqım 06.07.2015 tarixdə 334 manat hesaba köçürüləndə, bank əmək haqqımın hamısını saxlayıb. Anlayıram, maaş bir az gecikib deyə ödəməm ləngiyib. Ancaq buna görə maaşın hamısını, son qəpiyədək saxlamaq hansı qanunda yazılıb? Təsəvvür edin ki, buna görə biz ac qaldıq.

Bununla bağlı "Kapital Bank"ın Şirvan filialının müdiri Quliyev Namid Bəybala oğlunun qəbulunda da oldum. Ancaq xeyri olmadı. Sadəcə, dəqiqliklə bilmək istəyirəm, "Kapital Bank"dan götürdüyüm kreditin aylıq ödənişi 241 manat olduğu halda, niyə məndən 334 manat əmək haqqım tamı saxlanılmalıdı? Bunlar elə edirlər ki, bir müəllim ailəsiylə acından ölsün. Belə özbaşınalıq olarmı?!".

Dia.az-a ünvanladığımüraciətində Şirvan sakini ölkə prezidentindən və aidiyyatı orqanlardan şikayətinin nəzarətə götürülməsini və araşdırılmasını xahiş edib.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.