"Nəqliyyat qoçuları" yenə iş başında - VİDEO

30-08-2017, 07:38           
"Nəqliyyat qoçuları" yenə iş başında - VİDEO
DANX əməkdaşları sürücüləri qanunsuz olaraq saxlayır və pul tələb edir
Sürücü Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşları tərəfindən saxlanılır və səbəbini soruşduqda təzyiqə məruz qalır. Görüntülər İnteraz tv əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində təsadüfən lentə alınıb. İnteraz tv-nin əməkdaşları çəkilişə gedərkən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin 3 nəfər işçisinin sürücüyə fiziki təzyiq göstərməsinin şahidi olublar və hadisəni lentə alıblar. Daha sonra əməkdaşlarımız nəqliyyat işçilərinə yaxınlaşaraq sürücünü əzişdirmələrinin səbəbini öyrənmək istəsələr də xidmət işçiləri sürücünün sənədlərini müsadirə etməklə yananşı, qəza şəraiti yaradaraq ərazidən uzaqlaşıblar.
Yerli sürücülər isə deyir ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları onları qanunsuz olaraq saxlayır və pul tələb edir. Sürücü razılaşmadıqda isə sənədləri alınaraq xidmət əməkdaşları tərəfindən müsadirə edilir.
Sürücülərin sözlərinə görə, Nəqliyyat Xidməti əməkdaşlarının hərəkətinə etiraz etdikdə ağır təhqirlərə və fiziki təzyiqə məruz qalırlar.
[media=https://www.youtube.com/watch?v=lPKXZpac95Q]















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru