Təcili: İlham Rəhimovla bağlı QƏRAR VERİLDİ - O da beynəlxalq sanksiyalara məruz qaldı
Bu gün, 17:37
Avstraliya hökuməti müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra Rusiya rəsmiləri, iş adamları və təbliğatçılarına qarşı sanksiyalar tətbiq edib.
KONKRET.az xəbər verir ki, siyahıya Moskva merinin müavini Maksim Liksutov, təbliğatçı Kristina Potupçik, Mərkəzi Bank sədrinin keçmiş birinci müavini Kseniya Yudaeva, fövqəladə hallar nazirinin müavini Denis Popov, keçmiş baş nazirin müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidentinin oğlu və biznesmen Radik Şaymiyevin milyarder övladı Andrey Radik Şaymiyev, eləcə də Azərbaycan əsilli rusiyalı iş adamı İlham Rəhimov daxildir. Avstraliya Xarici İşlər Nazirliyi onları Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyətli hesab edib.
İlham Rəhimov Azərbaycan əsilli rusiyalı milyarderdir. O, Rusiya przidenti Vladimir Putinin dostu kimi tanınır.
Eyni zamanda Böyük Britaniya üç Rusiya təşkilatına və səkkiz şəxsə qarşı sanksiya tətbiq edib. Bu barədə Britaniya Xəzinədarlığı məlumat yayıb.
O cümlədən, London Çeçenistan rəhbəri Ramzan Kadırovun anası Aymani Kadırovanı sanksiya siyahısına əlavə edib, Axmat Kadırov Fondu da bu siyahıya daxil edilib.