Braziliya yerin altındakı 64 milyon tonluq sərvətdən niyə imtina edib?

Bu gün, 17:24           
Braziliya yerin altındakı 64 milyon tonluq sərvətdən niyə imtina edib?
Braziliya dünyanın ən böyük manqan ehtiyatlarından birinə çıxışını faktiki olaraq dayandırıb. Para ştatında yerləşən Azul mədənində 64 milyon tonadək strateji mineral istifadə olunmamış vəziyyətdə qalır.

"Ecoticias"ın məlumatına görə, mədənin sahibi olan "Vale" şirkəti 2020-ci ilin martında korporativ strategiya dəyişikliyindən sonra burada hasilatı dayandırıb. Şirkət bu qərarı ekoloji amillərlə və qlobal manqan qiymətlərinin qeyri-sabitliyi ilə əsaslandırıb.

Manqan müasir akkumulyatorların əsas komponentlərindən biri hesab olunur və "yaşıl enerji" sektorunda əhəmiyyəti tez-tez litiumla müqayisə edilir. Lakin "Vale" diqqətini dəmir filizi və mis hasilatına yönəldib.

Azul mədəninin bağlanması Para ştatının iqtisadiyyatına mənfi təsir göstərib: bölgə iş yerlərindən və inkişaf imkanlarından məhrum qalıb. Bu vaxt digər ölkələr – xüsusilə Çin və Cənubi Afrika Respublikası – artan qlobal tələbatı ödəmək üçün manqan istehsalını artırır.

Hazırda "Vale" digər obyekt – Nova Limada yerləşən Mar Azul mədənində ekoloji işlər aparır. Lakin Azul yatağında hasilatın bərpası ilə bağlı perspektivlər hələ də qeyri-müəyyəndir. Bu səbəbdən Braziliya dünya manqan bazarında aparıcı oyunçu olmaq şansını itirmək riski ilə üz-üzədir.

Xatırladaq ki, Braziliya həmçinin Atlantik okeanının dərinliklərində yerləşən Rio-Grande şelfində faydalı qazıntılar hasil etmək hüququ qazanmağa çalışır. Bu əraziyə tellur, nikel, kobalt və xüsusilə litium kimi nadir elementlər baxımından zəngin hesab olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru