Dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfəri keçib
Bu gün, 17:34
Dünyada texnologiyanın sürətli inkişafı həyatın hər sahəsinə təsir göstərir. Son statistik məlumatlara görə, internet istifadəçilərinin sayı artıq 5,3 milyard nəfəri keçib.
Bu isə dünya əhalisinin 66%-i deməkdir.
Əhali sayına nisbətən internet istifadəsi bütün ölkələrdə eyni deyil:
Avropa və Şimali Amerikadada internet istifadəçilərinin 80%dən çoxu aktivdir. Afrikada tam əksi olaraq, əhalinin 60%-i internetə çıxış imkanı tapmır.
Azərbaycanda isə internetdən aktiv istifadə edənlərin sayı əhalinin təxminən 80%-i təşkil edir.