Avtomobil hansı səbəblərdən yana bilər? – Mütəxəssisdən AÇIQLAMA

Bu gün, 17:58           
Avtomobil hansı səbəblərdən yana bilər? – Mütəxəssisdən AÇIQLAMA
"Avtomobildə yanğın naqillərdəki nasazlıq, texniki mayelərin sızması və ya kapotun altına yad cismin düşməsi səbəbindən baş verə bilər".

Bu barədə gazeta.ru-ya rusiyalı avtomobil mütəxəssisi Roman Timaşov məlumat verib.

"Ən çox hallarda avtomobil yanğınlarına elektrik enerjisi ilə bağlı problemlər səbəb olur. Naqillərin sıradan çıxması, daha yüksək nominallı qoruyucunun quraşdırılması və ya əlavə elektrik avadanlıqlarının düzgün qoşulmaması nəticəsində izolyasiya əriyə və avtomobil alışa bilər", - deyə Timaşov bildirib.

Mütəxəssis əlavə edib ki, yanğına, həmçinin benzin və yağ kimi tezalışan mayelərin sızması da səbəb ola bilər. Bu, adətən kipləşdiricilərin hermetikliyinin pozulması nəticəsində baş verir. Belə hallarda istənilən qığılcım açıq alova səbəb ola bilər.

Digər səbəblərdən biri mühərrik bölməsinə yad cisimlərin düşməsidir. Məsələn, avtomobil uzun müddət hərəkətsiz qaldıqda quşlar mühərrikdə yuva qura bilər və aqreqat istiləşdikdən sonra bu yuva alovlana bilər.

Bundan başqa, Timaşovun sözlərinə görə, hündür quru ot olan yerdə avtomobilin isti katalizatorla təması da yanğına gətirib çıxara bilər. Eləcə də avtomobil tarlada hərəkət edərkən ot mühərrikin karterinin altına dolana bilər ki, bu da alışma riskini artırır.

Avtoekspert sürücülərə xəbərdarlıq edərək avtomobilin altındakı maye ləkələrinə və salonda kəskin benzin qoxusuna diqqət yetirməyi tövsiyə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru