Alı Qocayevin rəhbəri olduğu rayonda fermerlər dad deyir... - ...günəbaxan sahəsi suvarma suyu yoxluğundan yanıb külə dönür

24-07-2015, 11:10           
Alı Qocayevin rəhbəri olduğu rayonda fermerlər dad deyir... - ...günəbaxan sahəsi suvarma suyu yoxluğundan yanıb külə dönür
DİA.AZ-a müraciət edən Samux rayon Sərkar kənd sakini Bağırov Əli Yolçu oğlunun narazılığı bu gün bir çox fermerlər üçün aktual olan problemdəndir. Belə ki, yerlərdə xırda məmurların yaratdığı süni əngəl fermerləri nəhayətdə şikayətçi düşməyə vadar edir. Belə bir müraciətin müəllifi olan Şəçkir rayon Sərkar kənd sakini Əli Bağırov dia.az-a yazır:

"Min bir əziyyətlə becərdiyim günəbaxan sahəsi suvarma suyu yoxluğundan yanıb külə dönür. Dəfələrlə suvarma sistemləri idarəsində işləyən və bu işə birbaşa cavabdeh olan məmurlara xəbərdarlıq etməyimə baxmayaraq hələ də məsələ öz həllini tapmayıb.

Suvarma sistemləri idarəsinin müdiri Gülağa Bağırovun ətrafına yığdığı qohumlarının yarıtmaz fəaliyyətləri ilə məni və mənim kimi kənd sakinlərinin şikayətlərinə baxmaq belə istəmirlər.

Xahiş edirəm ki mənim bu haqq səsimin yuxarı orqanlara çatdırmaqda mənə lazımi köməklik göstərəsiniz".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.