İslam Osmanov kimdir? Onun Kürdəxanıda fəaliyyəti nədən ibarətdir
4-09-2017, 13:03

Rəsmi məlumatlara görə Azərbaycanda 22 minə yaxın məhbus var. Qeyri- rəsmi məlumatlara görə isə bu rəqəm 35 mindən yuxarıdır. Məhbusların böyük əksəriyyəti Cəza Çəkmə Müəssisələrində (CÇM) cəza çəkirlər. CÇM- lərin böyük əksəriyyəti insan həyatı, sağlamlığı ücün təhlükəli hesab olunur. Hər "barak”da bəzən 450-600 nəfər adam bir yerdə yaşayır. Onların arasında hepatit (muxtəlif formada ), vərəm, SPİD və s. xəstəliyinə tutulmuş məhkumlar ciyin-ciyinə bir yerdə qalır, istilik və ventilyasiya sistemi yoxdur, dustaqlar qışda üst paltarda (evdən gələn) yatırlar, yayda isə istidən əziyyət çəkirlər.
Hər CÇM-nin rəisi rəhbəri olduğu müəssisəni özü istədiyi qaydalarla idarə edir. Baxmayaraq ki, Penitensiar Xidmət Avropa Penitensiar Qaydaları adlı beynəlxaq Konvensiyaya qoşulub və bu qanunlarla bağlı muvafiq öhdəliklər götürüb, amma bu qanunlara əməl edilmir. Məhbusların hüquqlarının vaxtaşırı pozulduğunu və onların həyat şəraitinin həbsxana rəislərindən asılı olduğu haqqında tez-tez ictimayətə məlumatlar verilir. Ölkədəki müvəqqəti saxlanma təcridxanaları arasında yalnız Kürdəxanı İstintaq Təcridxanası müasir standartlara uyğun tikilib.
Bakunews.az-a verilən məlumata görə isə bura yeni xan təyin edilib ki, oda “krışasına” görə toxunulmazlıq əldə edib. CÇM-nin rəhbəri qalıb qıraqda hamı İsalam Osmanovun əlindən zülm çəkməkdədir. CÇM-ndə baş gizir vəzifəsin icra edən bu şəxs İslam Osmanov dustaqlardan telefon istifadəsi üçün 5 manat 10 dəqiqə danışıq haqqı alaraq onlara yaxşılıq etdiyini düşündüyü halda, xarici vətəndaşlardan isə gündə 20 manat alaraq 1 saat danımağa şərait yaratmaqdadır. Hesab etsək ki, bu şəxs hər gün bir neçə şəxsi telefon istifadəsinə buraxır təsəvür edin ki bu şəxsin gündəlik gəliri 80 manatdan yuxarı edir ki aşağı yox. Və əsas məsələdə Pentensiar xidmət tərəfindən bu şəxsə 640 manat maaş verildiyi halda daxili nəzarətdən əldə etdiyi qanunsuz gəlirdən doğurdanmı heç kəsin xəbəri yoxdur...?
Heçdə inandırıcı olmayan bu halın baş verməsi isə bir başa Təcridxananın rəisindən qaynaqlanan problem olacaq ki, məsələyə müdaxilə əvəzinə İ.Osmanovun başına sığal çəkilməkdədir. Etibarlı mənbədən redaksiyamıza bildirlən məlumata görə, İ.Osmanov tutduğu əməlinə görə bir dəfə cəzalandırılaraq yeri dəyişdirilmiş amma “day daysı” tərəfindən verilən dəstəklə yenidən yerinə bərpa olmuşdur.
Araşdırma davam edir.
Məsələnin vacibliyini nəzərə alaraq tam dəqiqləşdirmələr apardıqdan sonra mövzuya yenidən qayıdacağıq.
teref.az olaraq adları çəkilən qurum və şəxslərin fikirləini işıqlandırmağa hazırıq!
teref.az