Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?

Bu gün, 00:06           
Hakim Qumru Əliyeva 1-ci dərəcəli əlili DÖVLƏTƏ BORCLU EDİB - AXI NİYƏ?
Nizami məhkəməsinin hakimi Qumru Əliyevanın qanunvericiliyə dəyşiklik edərək, ona etiraz edən iddiaçı 1-ci dərəcəli Qarabağ əlilini yatağında 300 manat cərimə etməsi aktı məhkəmə hüquq sisteminin , dövlətin hüquqi, demokratik adına ləkədir. Nədən heç bir məcəllədə, heç bir normativ aktda hakimə elektron kabinetdən təkrar etiraza görə etiraz edən tərəfin (300) manat cərimə edilməsi yazılmayıb. Bu olsa-olsa, məhkəmələrin qeyri-prosessual məcəlləsində yazılsın.

Hələ ki, dövlətin ən yüksək qüvvəyə malik olan qanunu Konstitusiyadır və dövlətin baş qanununun tələbinə görə dövlətin ali məqsədi insan və vətəndaş hüquqlarını və azadlıqlarını , Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsini təmin etməkdir. Dövlətin vətəndaşı, qazini, əlili məhkəməyə müraciət etdiyinə görə cərimə etməsi, onu özünə borclu etməsi absurd rüsvayçılıqdır.

Məhkəmənin baxdığı işlərdə özünü tərəf, iddiaçı kimi aparmasının yolverilməzliyi bir yana, bu yolverilməzliyin aktlaşdırılması Konstitusiyaya sayğısızlıqdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Sabit Bəhrəmzadə, Vahid Sadıqovdan ibarət üçlüyünün kollegiyanın sədri Rafael Eyvazovun göstərişi ilə 1-ci dərəcəli Qarabağ əlilini Novruz bayramında məhkəməyə müraciət etdiyinə görə (?) xəstə yatağında 400 manat cərimə etməsi və cərimə qərarından qabaq iddiaçı kimi icra sənədi imzalamasına və ƏN-in Nizami icra məmuru Aslanov Əlihüseyn Zayralı oğlunun anında icraata başlamasına hələ ki Məhkəmə Hüquq Şurası susur. Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı həmkarlarının “vahid cərimə təcrübəsini” icra məmurunu Nərimanovdan seçməklə Qurban bayramı qabağı “borclu” yataq əlilini “sevindirib”. ƏN-in Nərimanov rayon icra şöbəsinin icra məmuru Qurbanova Sevinc Zahid qızı gecə ilə 1-ci dərəcəli Qarabağ əlilinə “sms”- lə icraata başladığını bildirib. İlgincdir, qəraı çıxaran Nizami məhkəməsi, iddiaçı “borclu”nun faktiki ünvanı Nizami rayonu olduğu halda, “icra sənədi” niyə Nərimanova verilib? Və icra məmuru Sevinc Qurbanova “İcra haqqında” qanunun 7-ci maddəsinə zidd olaraq bu saxta sənədi niyə icraatına qəbul edib və eldə deyildiyi kimi, səhərin gözü açılmamış Qarabağ qazisini könüllü “qurbanpulu” ödəməyə çağırıb?

Nizami məhkəməsinin (h. Qumru Əliyeva) verdiyi 03.06.2025-ci il tarixli icra vərəqəsinin “İcra haqqında” qanunun 7-ci maddəsinin tələblərinə zidd olmasını görməyə gözlük gərək deyil, tələbkarın adı DÖVLƏT yazılıb, hüquqi və faktiki ünvanı, VÖEN-i göstərilməyib. 1-ci dərəcəli iş üzrə iddiaçı Qarabağ qazisinin isə DÖVLƏT adlı şəxsə iddiası da olmayıb, borcu da. Belə anlaşılır ki, DÖVLƏT deyəndə Azərbaycan Respublikası DÖVLƏTİ nəzərdə tutulur. Konstitusiyanın 8-ci maddəsinə görə, Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir, DÖVLƏTİ təmsil edir, məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır. Məhkəmə o qədər müstəqildir ki, DÖVLƏT himayəsində olan 1-ci dərəcəli Qarabağ əlilini DÖVLƏTƏ BORCLU edib.

Prezident ona 300 manat borcu olan Qarabağ əlilinin borcunu bağışlayarmı? Siz deyin, qazini bağışlamaq olarmı?

M. AĞSU - hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.