ŞİRVAN ŞƏHƏRİNDƏ İNSİDENT: MƏCBURİ KÖÇKÜNLƏR MƏSCDDƏ AZAN VERİLMƏSİNƏ MANE OLDU

5-09-2017, 16:04           
ŞİRVAN ŞƏHƏRİNDƏ İNSİDENT: MƏCBURİ KÖÇKÜNLƏR MƏSCDDƏ AZAN VERİLMƏSİNƏ MANE OLDU
Şirvan şəhərinin Gülbala Şıxbala küçəsində yerləşən “Cümə” məscidində baş verən hadisə şəhər sakinlərini ciddi narahat edib.

Bu barədə BiG.AZ-a müraciət edən şəhər sakinləri məsciddə azan verilməməsi ilə bağlı narazılıqlarını ifadə ediblər. Belə ki, sözügedən ərazidə məskunlaşmış məcburi köçkünlər məscid axunduna müxtəlif yollarla təzyiq edərək məsciddə uca səslə oxunan azanın verilməməsinə nail olublar. Bu isə inanclı insanların maraqlarına zidd olub. Bu barədə polisə və məscid rəhbərliyinə, eləcə də yerli icra nümayəndəliyinə məlumat verilsə də heç bir təsiri olmayıb və məsciddə azanın verilməsi bərpa edilməyib.

Şəhər sakinlərinin redaksiyamıza verdiyi məlumata görə polislər, eləcə də yerli icra orqanları məcburi köçkünlərlə bacarmadığını, onların hər bir yola əl ata biləcəklərini bildiriblər.

Qeyd edək ki, verilən məlumata görə məcburi köçkünlərlə məscid axundu arasında insient də yaşanıb, buna görə də məscid rəhbərliyi azan verilməsini dayandırıb.

Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb aydınlıq gətirməyə çalışsaq da zənglərimizə cavab verilməyib.

Mövqelərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.