Cəlilabad rayon Göytəpə şəhər 1№ li tam orta məktəbin bir qrup müəllimi ölkə prezidentinə müraciət etdi - MÜRACİƏT

19-09-2017, 11:19           
Cəlilabad rayon Göytəpə şəhər 1№ li tam orta məktəbin bir qrup müəllimi ölkə prezidentinə müraciət etdi - MÜRACİƏT
teref.az-nun poçtuna Cəlilabadın Göytəpə şəhər 1№ li tam orta məktəbin bir qrup müəllimləri adından ölkə prezidentinə müraciət daxil olub.Bir qrup müəllim ölkə prezidentinə müraciət edərək ondan kömək umur. Müraciəti sizə təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Cəlilabad rayon Göytəpə şəhər 1№ li tam orta məktəbin bir qrup müəllimləri adından

MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına

Cəlilabad rayon Göytəpə şəhər 1№ li tam orta məktəbin aşağıda imza edən müəllimləri adından

MÜRACİƏT

Hörmətli cənab Prezident, heç kimə sirr deyil ki,ümumi təhsil məktəblərində təhsil işçilərinin əmək haqlarının az olması səbəbindən müəllimlər məktəbdə dərs demələri ilə yanaşı,eyni zamanda dərsdən sonra başqa işlərlə məşğul olmağa məcbur olurdular. 16.01.2015 ci il 994 nömrəli sərəncamınıza əsasən təhsil işçilərinin diaqnostik qiymətləndirilmədən keçmiş müəllimlərin əmək haqqının artırılması ilə düşünürdük ki, çətin günlərimiz geridə qaldı.Test imtahanından ümumi 10% bal toplamış müəllimin diaqnostik qiymətləndirmədən keçmiş hesab olunması və onların əmək haqlarında fərq qoyulmayacağı deyildiyi üçün çoxumuz hazırlığa ehtiyac duymadan imtahanda iştirak etdik. Ümumilikdə məktəbimizin yüksək nəticəsi olmuşdur və əgər dərs bölgüsünün DQ –yə görə aparılacağı əvvəlcədən deyilsəydi nəticələrimiz daha yüksək olardı. Son zamanlar təhsilimizdə baş verən anlaşılmaz durum müəllimlərin əhvalına ciddi şəkildə mənfi təsir göstərmişdir. Müəllimlərin dərs saatlarının az olmasına baxmayaraq , dərs saatlarının vakansiyaya çıxarılması və hal-hazırda heç bir rəsmi qərar olmadan dərs bölgüsünün hansısa "düstura" əsasən bölünməsi kollektivimiz tərəfindən ciddi narazılıqla qarşılanmışdır.Təhsildə baş verən bu kimi hallar dərs saatlarımızın azalmasına və eyni zamanda tədrisin keyfiyyətinə ciddi şəkildə təsir edəcək.
Hörmətli Cənab Prezident,
sizin də dediyiniz kimi, “təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun”.
Pedaqoji sahədə təcrübəniz olduğu üçün düşünürük ki, bizi daha yaxşı anlayacaq və öz köməyinizi əsirgəməyəcəksiniz.
Qarşı tərəfidə dinləməyə hazırıq!
teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.