Cəlilabadda peydə olan qoçular və onları himayə edən məmurlar kimdir ?
20-09-2017, 09:35

teref.az - Ələt-Astara-İran magistral yolunun Cəlilabad rayon Göytəpə şəhər ərazisindən keçən hissəsində bu yoldan istifadə edən hər kəs demək olar ki, yolun qırağında çiyələk bazarını görüb. Burada ticarətlə məşğul olmanın təhlükəli olması bir yana, sən demə burada hər adam ticarətlə məşğul ola bilməz. Burada kimsə nəsə satmaq istəyirsə qoçulara haqq verməlidir. Həmin qoçulara haqq verməyənlər isə döyülür və hələ üstəlik polis tərəfindən onlara cinayət işi də açılır.
Cəlilabad rayon Göytəpə şəhərində qeydiyyatda olmayan Yardımlı rayon Honuba kəndindən ailəsi ilə birgə gəlmiş Şükürov Algül İldır oğlu buraya gələr –gəlməz Cəlilabad polisi ilə əlbir olaraq “çiyələk bazarına” “tas” qoyub verməyənləri isə qohum-əqrabası ilə birlikdə kütləvi dava ilə cəzalandıraraq qoçululuq edirlər. Əllərində dəmir –armatur olan qoçular nədənsə hər dava sonucu günahsız çıxır və yenidən fəaliyyətlərinə davam edirlər. Sən demə bunları himayə edən, hər davalarının sonunda himayə edən şəxs Cəlilabad RPŞ-si İB-in istintaqçı baş müstəntiqi Allahverdi Həsənovdur. Əgər bu şəxslərin işlərini araşdırsaq, görəciyik ki, bütün işləri aparan Allahverdi Həsənov olub.
Qoçu dəstəsinin törətdiyi sonuncu cinayət təxminən bir ay bundan qabaq olmuş və oradada birinin gözünü çıxarmaqla, digər iki nəfərin ayaq –başlarının dəmir alətlə vuraraq sümüklərini sındıraraq ağır xəsarət yetirmişlər. Bu günkü günə qədər xəstəxanada müalicə alsalarda heç kəs ifadə almamış və məlum olmuşdur ki, yenə işi Cəlilabad RPŞ-si İB-in istintaqçı baş müstəntiqi Allahverdi Həsənov aparır. Əvvəlki cinayətləri ört-basdır edən müstəntiqdən istentaqın alınmasını tələb etsəkdə o bu işi heç kimə verməyəcəyini və özünün aparacağını deyib. Müstəntiqin bu qədər əminliklə danışması belə qənaətə gəlməyə əsas verir ki, bu qoçuları müdafiə edənlər başqa vəzifəli məmurlar tərəfindəndə həyata keçirilir.
İnanırıq ki, xəbəri paylaşandan sonra aidiyyatı qurumlar bu şəbəkə cinayətinin üstünü açmaqla bizim də hüquqlarımızı bərpa edər və cinayətkarlar öz layiqli cəzalarına çatarlar.
Cəlilabad rayon, Üçtəpə kənd sakini
Yarıyev Ramiz Qədir oğlundan


