Bu rayonda 26 809 nəfərdən 8 Mart pulu yığıblar

8-03-2018, 19:51           

Xaçmazda orta məktəblərdən 8 Mart günü ilə əlaqədar şagirlərdən 5 manatdan yığıblar. AzEuroNews.com xəbər verir ki, rayonda 26 809 nəfər məkəbdə təhsil alır.

Bu da 5 manatdan yığanda külli miqdarda vəsait edir. Həmin pulun yerli təhsil şöbəsinin təlimatı ilə yığıblar.

Təhsil Nazirliyi məktəblərdə pul yığılmasını yolverilməz hesab edir. Amma bu, sözdə deyilir, kağız üzərində qalır.

Xaçmazda 123 məktəb, o cümlədən 56 tam orta, 33 ümumi orta, 34 ibtidai məktəb, 6 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Rayonun ümumtəhsil müəssisələrində hazırda 26809 nəfər şagird təhsil alır. Həmin məktəblərdə 2615 nəfər müəllim şagidlərin təlim-tərbiyəsi ilə məşğul olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru