"Bayram günləri"ni barmaqla sayıb Elmira Süleymanovaya mərüzə edən aparat rəhbəri

22-03-2018, 11:26           
"Bayram günləri"ni barmaqla sayıb Elmira Süleymanovaya mərüzə edən aparat rəhbəri
Baş redaktor Ombudsman Aparatının rəhbərini tənqid atəşinə tutdu

365info saytının baş redaktoru Anar Asimoğlu LEGİON.AZ-a Ombudsman Aparatının yarıtmaz fəaliyyətindən söz açıb.

Baş redaktor vurğulayıb ki, Ombudsman Aparatına müraciət edən şəxslər aparatın rəhbəri Aydın Səfixanlının imzası ilə şablon cavab maktubları alırlar. Əslində onlara “cavab”da demək olmaz, çünki məktubların mətni eyni, başdansovdu olur, hüquq və azadlıqları pozulmuş insanlar bir növ “yola verilir”. Bir qayda olaraq Ombudsman Aparatına o şəxslər müraciət edir ki, hansı ki, onlar özlərinin müxtəlif problemləri ilə əlaqədar müxtəlif dövlət qurumlarının bəzi məsuliyyətsiz, etinasız məmurlarının qanunsuz hərəkətlərindən şikayətçidirlər.

Baş redaktora müraciət edən vətəndaşlar bu məsələnin ictimailəşməsini ondan xahiş ediblər. Baş redaktor Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı barədə kiçik bir araşdırma aparıb ki, həmin araşdırmanı oxuculara təqdim edirik: "Ölkə mətbuatının yazdığına görə Aydın Səfixanlının Xətai rayonunda “Həzi Aslanov” metro stansiyasının üstündə yaşadığı evində vaxtı ilə təmir işləri aparılarkən orada işləyən fəhlələrdən biri bədbəxt hadisə nəticəsində ölüb. Bu hadisə Xətai rayon prokurorluğu tərəfindən araşdırılsa da sonradan işə xitam verilib.

Bundan başqa ölkə mətbuatının yazdığına görə onun qaynı Ramiz Məmmədov dələduzluq cinayəti törətməyə görə ittiham olunaraq 9 il həbs cəzasına məhküm olunmuş, 7 ildən sonra isə azadlığa buraxılıb. Hətta bir dəfə tanınmış qəzetlərdən birinin jurnalistinə Aydın Səfixanlı bildirmişdi ki, bizim hərbçilərmizə ombudsman lazım deyil. Və jurnalist də Səfixanlının dediyi sözü olduğu kimi qəzetdə çap etdirmişdir.

Səhərisi gün Səfixanlı qəzetin redaksiyasına zəng edərək dediyi sözdən imtina edəndə jurnalist ona izah etmişdir ki, müsahibə diktafona yazılıb və Aydın Səfixanlının həmin fikri də səs yazısında öz əksini tapıb. Bunu eşidən Aydın Səfixanlı dəfələrlə qəzet rəhbərliyinə yalvarıb xahiş edib ki, onun jurnalistə verdiyi müsahibə heç olmasa qəzetin saytından silinsin.

Buna görə də bu gün mənə müraciət edən vətəndaşlara bildirirəm ki, Aydın Səfixanlının imzası ilə gələn cavablardan təəccüblənmək lazım deyil. Onun fəaliyyəti, necə deyərlər göz qabağındadır.

Ombudsmana müraciət edən vətəndaşlara üzümü tutub bir daha bildirirəm ki, Ombudsman Aparatından normal cavab gözləmək mənasızdır; hansı problemlə müraciət etməyinizdən asılı olmayaraq sonda yenə də şablon “Səfixanlı” cavabı alacaqsınız.

Apardığımız araşdırmalara görə Aydın Səfixanlı radikal müxalifətin bir neçə mətbu orqanlarının rəhbərləri ilə isti münasibət qurub. Bu səbəbdən də Aydın Səfixanlı müxalifətin tənqid və təhqir atəşindən azad olunub. Elmira Süleymanovanın qabağında sadəcə rola girən Aydın Səfixanlı müxalifətə də sübut etmək istəyir ki, guya onun Ombudsman Aparatınında əsas işi “bayram günləri”ni barmaqla sayıb Elmira Süleymanovaya mərüzə etməkdən ibarətdir.

Əldə etdiyimiz məlumata görə Elmira Süleymanova bu məsələlərdən halidir və yaxın ətrafına deyir ki, "neynəyim mənim hüquqi savadım olmadığı üçün məcburam Səfixanlının qurduğu oyunlara dözəm"".

Sonda isə Aydin Səfixanlıya belə bir sualla müraciət etmək yerinə düşərdi: Ombudsman Aparatına müraciət etmiş şəxslərdən öz problemlərinin həll olmasından razı qalanları saymaq üçün o, barmaqlarının neçəsini qatlayardı?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.