Gədəbəydə başıdan daha bir qanunsuzluq - VİDEO

10-04-2018, 12:58           
Gədəbəydə başıdan daha bir qanunsuzluq - VİDEO
Vətəndaş Ələkbərov Azər Bilal oğlu Azinforum.az İnformasiya Portalına müraciət edərək bildirir ki, vaxtilə atası və əmisinə Gədəbəy rayon İcra Hakimiyyətinin sərəncamı ilə ayrılan torpaq sahələrinə sahib çıxa bilmirlər. Qeyd edək ki, bizə müraciət edən vətəndaşa həm atasının, həm də əmisinin adından çıxış etmək üçün notarial qaydada təsdiqlənmiş etibarnamələr də verilib. Azər Ələkbərov bildirir ki, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov özündən əvvəl çalışmış icra başçılarının imzaladığı sərəncamlara məhəl qoymayaraq, onu süründürməçiliyə salıb. Azinforum.az vətəndaşla hazırlanan videomüsahibəni təqdim edir. Mövzu ilə bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da məsələyə münasibətini dinləməyə hazırıq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru