Ekologiya və Təbii Sərvətlər nazirliyinin mətbuat xidməti məsələyə "müdrik" münasibət bildirdi - səbəblər, reallıqlar
23-06-2018, 11:30

"Ağaclar daha çox sahibkarlar tərəfindən kəsilir." Bu cümlənin müəllifi Ekologiya və Təbii Sərvətlər nazirliynin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovadır. Kifayət qədər böyük dövlət qurumunun informasiya siyasətini müəyyən edən bir məmurun yuxarıda söylədiyi cümlədə məntiq axtarmaq, samanlıqda iynə axtarmaq qədər absurddur.
Əslində İradə İbrahimova öz aləmində sualdan yayınmaq taktikası seçdiyini zənn edir. TEREF.İNFO yazır ki, BakuNews.az-ın iki aya yaxındır ki, təqdim etdiyi foto və video faktlar ağac kəsilməsinin məhz ayrı - ayrı sahibkarlar tərəfindən həyata keçirildiyinin təsdiqidir. Və bizim mətbuat olaraq ETSN-yə ünvaladığımız sorğunun nüvəsindəki səbəb də həmin sahibkarlara hansı dövlət qurumlarının və ya məmurların icazə verdiyini öyrənmək idi. Əks halda Hüseynqulu Bağırovun zamanından fərqli olaraq uzun müddətdir susmağa üstünlük verən ETSN MX-nın rəhbərinin məntiqə söykənməyən açıqlamasına lüzum olmazdı. Xanım məmur qeyd edir ki, "ötən 2-3 ay ərzində Bakıda ağac kəsilməsi halları daha çox Suraxanı, Nəsimi, Xətai, Binəqədi, Yasamal rayonlarında qeydə alınıb." Biz də həmin faktı təsdiq edirik. Hətta həmin sıraya Nizami rayonunuda əlavə edirik. Və hörmətli İradə xanımın sözlə ifadə etdiyini biz yuxarıda qeyd etdiyimiz kimi faktla təqdim edirik. O cümlədən məşhur teletamaşalardan birində qəzetdəki əksər məlumatları oxuyub "ə noolsun" deyən personajın sözlərini təkrar da edə bilərik. Bəs siz nə edirsiniz hörmətli İradə xanım? Həmin sahibkarla qarşı qanunun tələblərinə uyğun olaraq hansı tədbirlər görmüsünüz? Əgər görmüsünüzsə nədən faktları mətbuata təqdim etmirsiniz? Və ya nədən baş verənlərlə bağlı apardığınız mübarizə tədbirləri ilə əlaqədar mətbuat konfransı keçirmirsiniz? Nədən sizində təmsil olunduğunuz nazirlyin əməkdaşları mətbuat hadisə yerinə gələn kimi həmən aradan çıxırlar? Bəli məhz aradan çıxırlar hörmətl İradə xanım. ETSN-də Hüseynqulu Bağırov dönəmindən fərqli olaraq kimsə mətbuatla işləmək istəmir. Yoxsa bu yeni nazir Muxtar Babayevin göstərişidir? Əslində ən zəif qənaətdə məhz sonuncudur. Sadəcə sizin - İradə İbrahimova və nazirlikdəki kolleqalarınızın son zamanlar laqeyidliyi mətbuatı sonuncu ehtimal üzərində kökləyir. Axı nə baş verdi ki, mətbuatın sorğusuna Hüseynqulu Bağırovun zamanında daha məntiqli cavab verən İradə İbrahimova, Muxtar Babayevin rəhbərlyi dönəmində bu qədər bəsit və məntiqsiz cümlə quraraq cavab verir? Bundan əlavə hörmətli İradə xanım ağac kəsənlərlə mübarizədə ictimai qınağın vacib olmasını əsas amil kimi göstərir. Əslində burada yeni nə isə yoxdur. Yaşıllıqla bağlı qanunda bu məsələ illər öncə öz təsdiqni tapıb. İctimaiyyətin yerli icra orqanları tərəfindən bu işə təşviq edilməsi, təbliğatın aparılması və s. Bəlkə hər məhəllədə və ya küçədə bir nəfər sakin tapılıb mətbuata məlumatda verə İradə xanım?. O halda sizində rahat və sərin iş otağınızda istirahətiniz təmin olunar. Zatən son aylardakı fəaliyyətsizliynizdə bu məntiqi gücləndirir.
Mövzuya qayıdacağıq.
Redaksiya yazıda adı çəkilən qurum və ya şəxslərində mövqelərini də dərc edə bilər.
teref.az