Şimal meşələrimiz vəhşicəsinə qırılır - ETSN -nə korrupsiya ittihamlar - FOTOFAKT

2-07-2018, 11:40           

teref.az olaraq ölkəmizin Şimal zonasında meşələrin vəhşicəsinə qırılması haqqında çox yazmışıq. Əfsuslar olsun ki, nazirimiz təzə olduğuna görə əski kadrlar onun gözünə kül üfürüb hələlik yalan məlumatlarla başını qata bilirlər.Bunu deməyə bizim video və foto sübutlarla təqdim etdiyimiz yazılarımıza nazirlikdən heç bir reaksiyanın olmaması əsas verir. teref.az olraq Şimal zonasında meşələrin qırılması haqqında C. Məmmədlinin əldə etdiyi aşağıdakı faktları sizlərə təqdim edirik:
"Dostlar bir neçə vaxtdır ki, şimaldakı meşlərin kütləvi qırılıb qurtarmasına qarşı mübarizə aparırıq. Əslində bunun böyük səbəbi var, ancaq indi o böyük araşdırmanın ardıyca düşüb, bütün günü məlumat toplamaqla məşğul olduğumuz üçün, çox şeyləri indidən açıqlaya bilmirik.
Ancaq Ekologiya və Təbii Sərvətlər nazirliyinin yerli və mərkəzi orqanları da əks hücuma keçib. Səbəb sadədir. Nazir yenidir və hər kəs öz yerində qalmaq üçün mübarizə aparır, biz isə tam bu vaxtı ortaya çıxmışıq ki, meşələr qırılır.
Nazirliklə münasibətlərimiz olduğuna görə onlara dəfələrlə güzəşt getmişik. Hansı meşəyə girib, nəyi tapırsan, nəyi hardan eşələyib çıxarırsan, birdən elə bir dost səni axtarır ki, özün çaşıb qalırsan. Hardan bildilər ki, münasibətimiz var, hardan bildilər ki, bu qardaşın sözündən keçməzsən?
Bu dəfə bu ağıl sahiblərinə izah eləmək istəyirik ki, biz susduqca, sizinlə cinayətə şərik olmuş oluruq. Susmamağımız ondandır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə hansı meşənin hansı dolayında ağac kəsildiyini çəkib göndərdiksə, səhərisi gün eyni kötükdə "möhürü" gözümüzə söxurlar. Guya biz düz görməmişik, düz çəkməmişik.Buna görə də , bundan sonra meşələrin ünvanını dəqiq göstərmədən, ağacların vəziyyətini göstərəcəyik. Doğru bir nümayəndə göndərsinlər, yerində göstərək. Yoxsa bizə fırıldaq gəlmək lazım deyil.
Həə, unutmamış bunu da deyim. Əgər nazirlik bu qırıntıda maraqlı deyilsə, necə olur ki, bizim burdakılardan gizli onlara verdiyimiz şəkil və videolardakı yerlərdə sonradan möhür peyda olur? Ya da necə olur ki, hamısı möhürlüdür deyib keçirlər, ancaq aktlara baxmırlar ki, görək, kəsdikləri ilə, yazdıqları eyni gəlir?
Bir də, bu vaxta qədər meşə əkmək adı ilə silinən pullar hara gedib ki, bu qədər əkiblərsə, meşə necə azala bilir? Suallar çoxdur, bəzilərinin cavablarını bilmədiyimiz üçün hələlik araşdırmamız davam edir..."

teref.az olaraq yeni nazirin nazirlikdə təmizlik siyasəti apardığından xəbərimiz var. İnanırıq ki, Muxtar Babayev Şimal meşələrimizin məhv edilməsinə göz yummayacaq!
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az
Quba, Qusar, Xaçmaz meşələrinin vəziyyəti:

























Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.