Rəhim Zalovun Gəncədən Zaqatalaya transfer etdiyi “iş prinsipi”

21-08-2018, 19:25           
Rəhim Zalovun Gəncədən Zaqatalaya transfer etdiyi “iş prinsipi”
“DYP rəisi nöqsanlara görə işdən çıxarıldı” sərlövhəli, Rəhim Zalovla bağlı dərc edilmiş məqalədən sonra Gəncə şəhər DYP-nin rəisinin səsi demək olar ki, bir müddət eşidilmədi. Lakin sükut çoxda uzun çəkmədi. Bu gün R.Zalovun səsi Zaqataladan, həm də çox gur gəlir. BakuNews.az-a daxil olan məlumata görə Zaqatala polis şöbəsinin Yol Polisi rəis təyin edilən R.Zalov özünəməxsus idarəçilik formasını bu rayona tətbiq edib. Cənab Zalovun Turan adlı əməkdaşı sürücülərdən istədiyini almaq üçün yollara sədd belə çəkməkdən çəkinmir. Redaksiyaya daxil olan məlumatda bildirilir ki, Zalovun əməkdaşı artıq Qurban bayramı ilə əlaqədar “fəaliyyətə” başlayıb. Turan bütün istiqamətlərədə hərəkət edən avtomobilləri hər hansı səbəb olmadan saxlatdırır. Və...
Və Turanın bu hərəkətləri artıq narazılıqla müşayət edilməkdədir. Oxucuların diqqətinə çatdıraq ki, Turan adlı polis əməkdaşı 2017-ci ildə də bu cür hərəkətləri ilə gündəmə gəlmişdir. Xatırladaq ki, Turanın bu dəfəki “fəaliyyətinə” xeyir-duanı isə Gəncədəki məlum “iş prinsipinə” görə yeri dəyişdirilmiş Rəhim Zalov verib.
Mövzuya qayıdacağıq.

Redaksiya yazıda adı hallanan qurum və şəxslərində mövqelərini dərc edə bilər.

P.S. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalov tutduğu vəzifədən azad edilib. Qaynarinfo xəbər verir ki, bu barədə gununsesi.info-ya Gəncə şəhər Baş Polis İdarəsindən bildirilib. Məlumatda qeyd olunur ki, Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar olub.

BakuNews.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.