İcra hakimiyyəti şəhid ailələrinə iylənmiş qurban əti paylayıb – VİDEO

25-08-2018, 14:46           
İcra hakimiyyəti şəhid ailələrinə iylənmiş qurban əti paylayıb – VİDEO
Qurban bayramı ərəfəsində qurban əti paylayanlar arasında Yevlax şəhər İcra Hakimiyyəti də olub.

Teref.az Minval.İnfo-ya istinadən xəbər verir ki, şəhərin ali qurumunun rəhbərliyi bayram günündə əlil və şəhid ailələrinə qurban əti paylayıb. Lakin paylanılan ətlər iylənmiş çıxıb. Bundan başqa ətin rənginin qara olması da diqqətdən yayınmayıb.

Bu barədə sosial şəbəkədə video yayılıb. Şəhid ailəsindən olan qadın mövcud məsələni qabardaraq, xoşagəlməz mənzərədən danışıb və 3 qonşu ailəyə verilən ətin iylənmiş olduğunu iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru