"Zoologiya İnstitutunun direktoru Yusifov Elman mənə qarşı seksual xarakterli hərəkətlər etmişdir. " - Kərimova Günay İTTİHAM

4-09-2018, 10:58           
"Zoologiya İnstitutunun direktoru Yusifov Elman mənə qarşı seksual xarakterli hərəkətlər etmişdir. " - Kərimova Günay  İTTİHAM
Teref.az-ın poçtuna daxil olan müracitə oxuculara ntəqdim edirik. Kərimova Günay Altay qızı müraciətində yazır:
Mən- Kərimova Günay Altay qızı Sizə yazıb bildirmək istəyirəm ki, 25.05.2016-29.11.2016-cı illərdə AMEA Zoologiya İnstitutunda texnik (tərcüməçi) vəzifəsini icra etdiyim müddətdə Zoologiya İnstitutunun direktoru, Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Yusifov Elman Fərhad oğlu tərəfindən mənə qarşı seksual xarakterli hərəkətlər olunduğu üçün işdən ərizə yazaraq çıxmışam. Yusifov Elman Fərhad oğlu mənə zor tətbiq etməklə mənim köməksiz vəziyyətimdən istifadə edərək mənə qarşı seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, 2016-cı ilin Noyabr ayında məni öz otağına çağırmış, otağının qapısını mənim xəbərim olmadan açarla bağlamış və mənə təklif etdiyi spirtli içkini içirtməyə çalışmışdır. Lakin, mənim spirtli içkini içmədiyimi görüb, üzərimə hücum etmiş, əlimdən yapışaraq məni otağındakı divanına uzatmağa cəhd etmişdir. Günay xanın teref.az-a sonra yazır, özümü güclə qollarından ayırdığım vaxt sürətli addımlarla gəlib məni masasına söykəyərək mənə qarşı cinsi təcavüzə cəhd etmişdir. Mən isə nə qədər qışqırsam da, yalvarsam da, o sanki heç nə eşitmirdi. Yenə də bir qədər ondan uzaqlaşmağı bacarsam da, o mənim qollarımdan bərk-bərk yapışaraq, buraxmaq istəmirdi. Nəhayət, cinsi əlaqəyə girə bilməyəcəyini anlayıb, qapını açdı, mən də ondan qurtulmağı bacardım.

Mənim şikayətlərimi Azərbaycanda heç bir aidiyyatı orqan təmin etmədi (sübutlarımın olmasına baxmayaraq). Hər kəs bu dəhşətli məsələlərə səssiz qalır. Bir kəs bu barədə danışmaq istəyirsə, Azərbaycan əhalisinin əksəriyyəti onu səssizləşdirməyi planlaşdırır, çünki, əksəriyyəti eyni vəziyyətdədir. Onlar kiminsə hər şeyi açıq-aşkar bir şəkildə ortaya qoymasını, "sirləri"ni açmasını istəmirlər. Sonra şikayətçi teref.az-a yazır, məni bu mövzuda heç kəs susdura bilməz. Beləliklə, heç bir aidiyyatı orqan mənim şikayətimi təmin etmədiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdim. Belə dəhşətli hadisələrin qarşısının alınması üçün mən əlimdən gələni edəcəyəm. Qızlarımız susmasın, problemlərinin həllini axtarsınlar. Səssiz qalmayın, qızlar! Hüquqlarınızı tələb edin, qızlar! Xahiş edirəm bu mövzunun ictimailəşdirilməsində mənə kömək edəsiniz.
Teref.az olaraq qarşı tərəfin fikrini öyrənmək üçün Zoologiya İnstitutu ilə əlaqə saxladıq. İnstitutun direktoru Elman müəllim ona qarşı irəli sürülən ittihamlara cavab olaraq bildirdi ki, bütün bu ittihamlar əsassızdır. Bu qadın bizdə 2016-cı ildə cəmii 6 ay işləyib və Türkiyəyə gedəcəyi üçün öz ərizəsi ilə işdən çıxıb. Özüdə hansısa dini sektanın üzvü idi. Sonrada nədənsə ağlına bu gəlib. Və o bütün instansiya məhkəmələrə müraciət edib. Heç nə sübut edə bilməyib. Onun dediklərinin heç bir əsası yoxdur. Şər və böhtandır!
Teref.az
P.S. Yazı saytda yerləşdiriləndən sonra Günay xanım poçtumuza cavab haqqı olaraq öz fikirlərini göndərmişdir. Günay xanım yazır:
Mən heç bir dini sektanın üzvü deyiləm və ilk dəfə Türkiyədə 2018-ci ildə olmuşam. Buradan da məlum olur ki, mən 2016-cı ildə Azərbaycan sərhədlərindən kənara çıxmamışam. Mənim yazdıqlarım həqiqətdir və qarşı tərəfin absurd yanaşması məni heç də təəcübləndirmir.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.