"Vallah, mən sizə həvəslənməmişəm" — Direktordan "isti" münasibət iddiasına CAVAB

15-01-2019, 17:03           
"Vallah, mən sizə həvəslənməmişəm" — Direktordan "isti" münasibət iddiasına CAVAB
Sumqayıt şəhər 9 nömrəli tam orta məktəblə bağlı səsləndirilən iddialara təhsil ocağının direktor əvəzi Həqiqət Abdullayeva cavab verib.
"Ölkə.Az" xəbər verir ki, iki gün öncə saytımıza danışmaqdan imtina edən direktor əvəzi bildirib ki, müavini Təranə Nəsirovanın dedikləri həqiqəti əks etdirmir:

"O xanım hara şikayət yazmışdısa, hamısını geri götürüb. Əvvəla onu deyim ki, o, noyabr ayında direktor müavini təyin olunub. Əslində, heç bir sayta izahat verməmişəm, amma bu məsələdə sizə vaxt ayıracağam. Bu adamın ağ yalanı ordan bəllidir ki, hər ikimiz təyin olunandan sonra bildik ki, keçmiş direktor iki işçini işdən azad edib. Qanuni, yaxud qanunsuz olduğunu özləri bilər. Həmin şəxslər də işə bərpa edilməklə bağlı məhkəməyə müraciət ediblər. Təranə Nəsirovanın yerinə təyin edildiyi direktor müavini bu məktəbi istəmədi, başqa məktəbə təyin olundu. Digər keçmiş direktor müavininin işi isə bir ildən artıqdır ki, məhkəmədədir. Mən bir il iki aydır burada işləyirəm, hələ o insan məktəbə gəlməyib. Çünki işi məhkəmədədir. Fikrim aydındır? Təranə Nəsirovanın dediyi şəxs-Faiq Bayramovu bu məktəbdə görən olmayıb. Məktəbdə olmayan bir adama nəsə et sözünü necə deyə bilərəm? Bu xanımın harda nə danışdığını bilmirəm, amma Faiq Bayramov Ali Məhkəmədə də uduzub, hara gəlir?"

"Nədən ilk gündə mətbuatla bu qədər həvəsli danışmırdınız" sualına direktor əvəzi belə cavab verib:

"Vallah, mən sizə həvəslənməmişəm. Həmin gün bir saatın içində bəlkə yetmiş saytdan zəng etmişdilər. İndi özünüzü mənim yerimə qoyun. Belə çıxır ki, sizinlə danışmaqda səhv etdim. Bağışlayın! Siz mənim əsəblərimlə oynayırsız. Mənim əsəblərim çox qəşəng yerindədir. İndi mənə nə demək istəyirsiniz? ÜMumiyyətlə, bu mövzu haqda danışmaq istəmirəm".
Qeyd edək ki, T.Nəsirova rəsmi qurumlara yazdığı məktubda bunları qeyd edib:

"Mən 2017 ci ilin oktyabr ayından 9 nömrəli tam orta məktəbə tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşam. Məndən bir neçə gün qabaq 39 nömreli tam orta məktəbdən ibtidai sinif müəllimi Həqiqət Abdullayeva 9 nömrəli məktəbə direktor əvəzi təyin olunub və direktor vəzifəsi boş oldugu üçün həmin vəzifəni ona həvalə edilib .Sonradan mənə məlum oldu ki, bizdən əvvəlki müavinləri qanunsuz olaraq işdən azad ediblər. Onlar da işlərinə bərpa edilmək üçün məhkəməyə müraciət ediblər".
T.Nəsirova yazıb ki, məhkəmə keçmiş müavinlərin işə bərpasıyla bağlı qərar çıxarandan sonra hazırda direktor əvəzi olan Həqiqət Abdullayeva ona çağıraraq, "tapşırıq" verib:

"Bu zaman Həqiqət Abdullayeva məni çağırıb dedi ki, sən keçmiş direktor müavini ilə isti münasibət yarat, ona şər-böhtan at. Dedim ki, bu işi bacarmaram və etiraz etdim. Həmin gündən etibarən Həqiqət Abdullayeva mənə göz verib, işıq vermədi. Bu barədə Təhsil Nazirliyinə və prokurorluq orqanlarına müraciət etmşəm. Qeyd etmişəm ki, əgər mənim başima bir iş gəlsə, bütün məsuliyyət Həqiqət Abdullayevanın üstündə qalir. Bütün səlahiyyətli şəxslərdən acizanə surətdə xahiş edirəm ki, bu məsələyə ciddi baxılsın".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.