Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa vermək istəyir: “...siyasətdən gedəcəm”

19-11-2019, 17:19           
Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa vermək istəyir: “...siyasətdən gedəcəm”
“Ömrümün sonuna qədər partiya sədrliyində, siyasətdə qalası deyiləm”.

Bu sözləri modern.az-a açıqlaması zamanı Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O, yerini gənclərə vermək istədiyini dilə gətirib:

“Mən dəfələrlə partiya daxilində də təklif etmişəm ki, partiya sədrliyinə iddialı kim varsa, mən onun xeyrinə istefa verə bilərəm. Konkret siyasi vəsiyyətim yoxdur. Amma həmişə yaxın ətrafımda olan adamlarla partiyanın necə idarə olunması ilə bağlı tövsiyələrimi vermişəm. Çünki bir zaman gələcək, mən də siyasətdən gedəcəm.

Əslində, 2005-ci ildə parlament seçkilərindən sonra mən siyasətdən getməyi qərara almışdım. O vaxt Lalə Şövkət, Əli Kərimli və İsa Qəmbər mənim bu qərarımın əleyhinə çıxdılar. Mənim getməyimin müxalifət cəbhəsində böyük problem yaradacağını dedilər. Onlar məndən xahiş etdilər ki, bu qərarımı dəyişim. Mən də o zaman düşündüm ki, özümə görə əlverişli olan qərarım dostlarıma ziyan vuracaqsa, getməyim. Ona görə, “Azadlıq bloku”ndakı həmin dostların xeyrinə siyasətdə qaldım”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru