"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm" - Elman Nəsirov
22-01-2020, 00:25
"Mən bu "əyilə-əyilə" fikrini aprel döyüşlərindən sonra səsləndirmişəm"
Teref.az xəbər verir ki, bu sözləri sonxeber.az-a müsahibəsində deputat Elman Nəsirov deyib: "Aprel döyüşü zamanı erməni ordusuna çox böyük zərbə endirildi. Nə qədər erməni generalı vəzifədən qovuldu və həbs edildi. Hətta hakimiyyətin dəyişilməsinin kökündə Aprel Döyüşləri dayanır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bir video vardı. Orada erməni əsgəri küncə sıxılıb, ayağa qalxa bilmir. Erməni generalı ona dur əmrini versə də əsgər qalxmır. Daha da büzüşür. Araşdıran zamanı bəlli olur ki, o yaralı deyil, heç bir xəsarət almayıb. Belə olanda da o yüksək rütbəli zabiti görəndə ayağa durmalıdır. Sonra məlum olur ki, o əsgər psxoloji travma alıb. Psixoloji cəhətdən gözünün odu alınır. O, elə bilir ki, ayağa qalxsa Azərbaycan əsgəri onu məhv edəcək. Əsgəri səngərdən açıq havaya çıxaran zaman da o əyilə-əyilə gəzirdi. Hətta digər əsgərlər də ona gülürdülər. Buna əsaslanaraq mən bildirdim ki, səngərdə "əyilə-əyilə" gəzən erməni əsgəri heç bir zaman dik gəzməməli, günəşə çıxmamalıdır. Erməni əsgəri hər zaman "əyilə-əyilə" gəzməlidir. Biz müharibə rejimində yaşayırıq. Qoy Azərbaycan ordusu bilsin ki, onun qarşısındakı erməni əsgəri o qədər qorxur ki, səngərdən çıxanda belə "əyilə-əyilə" gəzir. Mənim bu fikirlərimə birinci Ermənistan mətbuatı reaksiya verdi. Mənə qarşı kampaniyaya başladılar.Təəssüf ki, bu kampaniyanı tək ermənilər deyil, özümüzünkilər də aparmaqdadır. Mənə görə o insanlar ermənilərdən daha çox erməni olmaq istəyən şəxslərdir. Mən bu fikirlərimlə əsgərlərimizə dəstək verib, onları döyüşə həvəsləndirəm".