Elçin Şıxlı: “Televiziya aparıcı olmaq, uğurlu mətbuat katibi olmaq demək deyil”

25-04-2015, 12:09           
Elçin Şıxlı: “Televiziya aparıcı olmaq, uğurlu mətbuat katibi olmaq demək deyil”
“Mətbuat katibi olmaq üçün televiziyada və ya hər hansı mətbuat orqanında işləmək kifayət deyil. Bunun üçün peşəkar olmalısan, bir çox fərdi keyfiyyətləri özündə birləşdirməlisən”.

Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı söyləyib.

Onun sözlərinə görə, müxtəlif qurumlarda çalışan mətbuat katiblərinin çoxu qeyri-peşəkardır:

“Çünki onların təyinatı zamanı peşəkarlıq amili əsas götürülmür. Əsas olan fərdi əlaqələr və simanın tanınmasıdır. Məhz elə buna görə də, daha çox televiziya aparıcılarına önəm verirlər. Çünki əksər dövlət qurumlarının və özəl şirkətlərin rəhbərləri qəzet oxumur, xəbər saytlarına daxil olmurlar. Bu səbəbdən jurnalistləri tanımırlar. Televiziyada isə jurnalistləri hamı üzdən tanıyır. Digər yandan cəmiyyətdə belə bir qənaət formalaşıb ki, guya mətbuat katibləri ancaq televiziyaya müsahibə verirlər. Bu qətiyyən belə deyil. Bu elə strateji bir vəzifədir ki, ağzından çıxan hər kəlməyə cavabdeh olmalısan. Düzgün kadr seçimi etmədiklərinə görə, əksər qurumlar mətbuatla işini düzgüqn qura bilmirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru