Xəstəlik qonşu ölkələrdə olarsa, Azərbaycana da keçə bilər - AÇIQLAMA

28-01-2020, 10:53           
Xəstəlik qonşu ölkələrdə olarsa, Azərbaycana da keçə bilər - AÇIQLAMA
“Azərbaycanda ötən il dekabrın sonu və bu il yanvarın əvvəlində kəskin-respirator virus infeksiyalarına yoluxma halları daha tez-tez təsadüf olunsa da, hazırda yoluxma azalıb”.

TEREF.AZ bildirir ki, bunu Trend-ə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bu baxımdan vəziyyəti yaxşı dəyərləndirib:

“İnfeksiyaya yoluxanların hamısının qrip olduğunu demək düzgün deyil. Amma qripə yoluxma da istisna edilmir. Əgər xəstəlik qonşu ölkələrdə olarsa, təbii ki, Azərbaycana da keçə bilər. Amma qripə yoluxmanın olduğunu demək üçün insanda simptomlarla yanaşı, xəstəliyə səbəb olan virus da tapılmalıdır. Laborator müayinələr əsasında xəstələrin hansı virusa yoluxduğu dəqiq şəkildə müəyyən edilməlidir, yalnız bundan sonra xəstəliyin hansı virus tərəfindən törədildiyini demək olar”.

C.İsayev bu ilin payız-qış mövsümü ərzində Azərbaycanda heç bir xəstəyə qrip diaqnozunun qoyulmadığını da söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru