Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib - "Cərimələrdən yığılan pullar hara gedir?"

10-09-2020, 15:36           
Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib -
“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçır? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz. Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Mən bunu demək istəmirəm böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-nın qurbanlıq gedən adamlarından yox, mühüm şəxslərini dəvət edək ki, cərimələrdən yığılan pullar hara gedir?”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru