“Qadınlara seksi deməyin, cazibədar, çəkici, gözəl, qəşəng kimi sözlərlə ifadə edin” – Nura Suri

23-09-2020, 08:51           
“Qadınlara seksi deməyin, cazibədar, çəkici, gözəl, qəşəng kimi sözlərlə ifadə edin” –
“Son zamanlar insanların çoxu bir-birlərinə qarşı çox aqressivləşiblər. Elə bil gözləyirlər ki, kimsə bir səhv etsin, müzakirəyə çıxarıb biabır etsinlər. Çoxu tənqid etməyi qəhrəmanlıq hesab edir”.

Pravda.az-ın xəbərinə görə, bunu tanınmış müğənni Nura Suri deyib.

N.Suri qeyd edib ki, bir-birinin fikrinə hörmətlə yanaşmaq, insanları olduqları kimi qəbul etməyi öyrənmək lazımdır: “İçinizdəki neqativ hisslər və dediyiniz sözlər ilk növbədə özünüzü xarakterizə edir və sizə ziyandır. Beyninizə dəyər verin. Necə ki, gözəl görünmək üçün bərbərə gedirsiniz, bahalı paltar alırsınız və s. eləcə də beyninizi gözəl fikirlərlə, sözlərlə doldurun. Qadınlara seksi deməyin. Cazibədar, çəkici, gözəl, qəşəng kimi sözlərlə ifadə edin. Dediyiniz sözlər adiləşdikcə, özünüz də adiləşirsiniz. Kitab oxumaq vacibdir, çünki bəzi sözləri unutmağa imkan vermir. Sözləri unutduqca isə həmin sözlərin mənası da bizə yadlaşır. Sözləri itirdikcə, hissləri də itiririk sanki...”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru