“Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır“ - Elxan Şahinoğlu

10-12-2020, 03:38           
“Ermənistanda zorakılıq və kütləvi həbslər qaçılmazdır“ -
“Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana dekabrın 8-i saat 12-yə qədər könüllü istefaya getmək üçün vaxt vermişdi. Vaxt bitdi, amma Paşinyan istefa vermədi”.

Teref.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O qeyd edib ki, burada iki səbəbi var:

“Birinci səbəbi odur ki, müxalifət qışqırıb-bağırmasına baxmayaraq, İrəvandakı mitinqlərə 5-7 mindən çox adam yığa bilmir və bu say da getdikcə azalır. İkinci səbəb güc strukturları və onların rəhbərlərinin Paşinyana sadiqliyidir. Paşinanın istefasını prezident Armen Sarkisyan və erməni katolikosu ikinci Qaregin də istəyib. Ancaq Paşinyan həm müxalifətin tələbini, həm prezidentin, həm də katolikosun istəyini qulaqardına vurub. Paşinyan istefa vermir, müxalifət isə Ermənistanı qarışdırmaq çalışmalarından əl çəkmir. Demək, zorakılıq və kütləvi həbslər qaçılmazdır”.yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru