“Azərbaycanın öz ərazisində keçirdiyi əməliyyatın Ermənistana nə dəxli var?" - Deputat

13-12-2020, 19:07           
“Azərbaycanın öz ərazisində keçirdiyi əməliyyatın Ermənistana nə dəxli var?" - Deputat
“Ermənistanın baş naziri Azərbaycanın Hadrut qəsəbəsi yaxınlığında Azərbaycan silalı qüvvələrinin antiterror əməliyyatı ilə bağlı Ermənistan təhlükəsizlik şurasının təcili iclasını çağırır”.

Teref.az xəbər verir ki, bu fikirləri deputat Aydın Mirzəzadə səsləndirib.

“Azərbaycanın öz ərazisində keçirdiyi əməliyyatın Ermənistana nə dəxli var? Deyəsən, Azərbaycanla 44 günlük müharibə və kapitulyasiya aktı onlara dərs olmadı.

Deyəsən, Ermənistan artıq 26 sentyabrdakı vəziyyətin olmadığını və heç zaman da geri qayıtmayacağını unudub.

Ermənistanda az qala vətəndaş müharibəsi həddindədir, təhlükəsizlik şurasının nəinki təcili, heç növbəti iclası çağrılmır. Faktiki olaraq ikihakimiyyətlilikdir, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistan orudusunun az qala bütün hərbi texnikasını Azərbaycanla müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır. 10 mindən çox gənc və subay hərbiçisinin müharibədə itirib, təhlükəsizlik şurasının iclası çağrılmır.

Xaricdəki erməni diaspor dairələrinin tanınmış simaları Ermənistanın ana xəttinin təhlükəli olduğunu elan edirlər, təhlükəsizlik şurasının iclası çağrılmır.

Ermənistanın özünün uydurduğu dünyadan ayılmağının vaxtı deyilmi?

Azərbaycanın dərsi onlara az olmadımı? Onların Azərbaycanla oyunun ilk növbədə özləri üçün təhlükəli olduğunun fərqində nə vaxt olacaqlar?”, – deyə deputat vurğulayıb.yenisaba.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru