"Yoluxma statistikası reallığı əks etdirmir, yoluxma qat-qat artıqdır" - Ekspert

14-12-2020, 10:54           
"Yoluxma statistikası reallığı əks etdirmir, yoluxma qat-qat artıqdır" - Ekspert
"Bütün sahələrdə olduğu kimi pandemiya ilə əlaqədar statistika da reallığı əks etdirmir".

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, gerçək rəqəmlər bundan qat-qat artıqdır:

"Buna nə deyim bilmirəm. Bəlkə adını "UÇOTFOBİYA" da qoymaq olar... Məsələn, FB dostluğumda olan şəxslərin, hansı ki, ölkə əhalisinin cəmi 0.03 faizini təşkil edir, öz yaxınları, dostları və tanışları haqqında gündəlik açıqladıqları koronovirusdan vəfat məlumatları hökumətin açıqladığı rəqəmlərdən daha çox olur. Gün ərzində telefon vasitəsi ilə xəbərini aldığım virusdan vəfat xəbərləri artıq 5-in üzərindədir... Amma hökumt yenə də dar pəncərədən baxır məsələyə və reallığı nə özü görür, nədə xalqa göstərir... Hansı ki, bu məsələdə statistika nə qədər reallığı əsk etdirsə, o qədər təbliğat-təşviqat işləri effekt verər. İnanmayanlar inanar... Yoluxma faizi cəmi ölkə əhalisinin1.6 faizi, ölüm isə yoluxanların 1 faizi deyil. Gerçək rəqəmlər bundan qat-qat artıqdır".

Rəşad Həsənov vətəndaşlara tövsiyyə edib ki, təhlükəsizlik qaydalarına, o cümlədən, sosial məsafə, sanitariya və gigiyena qaydalarına əməl olunmasa vəziyyət daha da pis olacaq:

"Və ona da əmin olun ki, Azərbaycan səhiyyə sistemi sizi tək buraxacaq, hətta dövlət vəsaiti ilə alınan "evdə müalicə olun" dərman paketini belə sizə çox görəcək... Özünüzə və sevdiklərinizə yazığınız gəlsin! Sənə nəsə olmasa da, onlara nəsə olar. Bax onda oturub dizini döyməkdənsə, ehtiyatlı olun".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.