Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?

14-12-2020, 16:28           
Ermənistan o xəritəni Azərbaycana verəcəkmi? – Minalanmış ərazilər nə vaxta qədər can alacaq?
44 günlük İkinci Qarabağ müharibəsinin yekunlaşmasına baxmayaraq hələ də şəhid xəbərləri almaqda davam edirik.

Belə ki, işğaldan azad olunan ərazilərdə çoxsaylı mina yerləşdirməsi mülki əhalinin, eləcə də hərbçilərimizin həyatını itirməsi ilə nəticələnir.

Maraqlıdır, belə olan halda Azərbaycan tərəfi Ermənistandan minalanan ərazilərin xəritəsini tələb edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bu addımın atılmasının Rusiyaya da uyğun olduğunu bildirib:

"Hesab edirəm ki, danışıqlar prosesində bu məsələ qaldırılmalı və ətraflı müzakirə edilməlidir. Xəritənin təqdim edilməsində təkcə Azərbaycanın yox, həm də Rusiyanın marağı var. Məlum olduğu kimi, Rusiyanın sülhməramlıları da eyni zamanda təhlükə altındadır.

Ermənistan minaya düşərək həyatını itirən şəxslərə görə də məsuliyyət daşıyır. Bunu biz hüquqi qaydada həll edə bilərik".

Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli sazişdən sonra 10-a yaxın azərbaycanlı işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru