Ya köçəcəyik, ya da... - Vardanyan iki ssenarini AÇIQLADI

27-02-2021, 10:43           
Ya köçəcəyik, ya da... -
Erməni əsilli rusiyalı biznesmen Ruben Vardanyan Ermənistanda yaranan böhranın iki inkişaf ssenarisinin olduğunu bildirib.

KONKRET.az xəbər verir ki, RBK-ya müsahibə verən Vardanyan hökumətlə ordu rəhbərliyi arasında konfliktin qurbanlara gətirib çıxarmayacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Ermənistanda hər zaman keçmişi müzakirə edirlər, amma gələcək barədə bir kəlmə belə demirlər:

“Birinci variant odur ki, biz çox sakit ola bilərik, 1,5-2 milyon insanın qaldığı, 2 milyard yardımın göndərilmədiyi çox aktiv olmayan yerə çevrilə bilərik. İnsanlar yaxşı yaşayacaqlar, ona görə ki, az sayda insana çox pul düşəcək. Çünki ölkəni çox insan tərk edəcək. Bu, Abxaziyaya bənzəyən ölkə olacaq. Bu ssenari çox realdır. Təkcə cari ildə Ermənsitanı 200 min nəfər tərk etməyə hazırlaşır, 200-300 min nəfər isə bunun barəsində düşünür. Ölkədə 3 milyondan az insan yaşayır və onlar bu ölkədə uğur qazanacaqlarına inanmırlar”.

Vardanyan ikinci variantının Ermənistanın uğurlu dövlət olacağıyla əlaqədar olduğunu deyib:

“Bu iş üçün diaspora ölkənin həyatında aktiv iştirak etməlidir. Moskva, Piter, Paris və ya Los Ancelesdən tənqid etmək çox asandır. Onlar durub gəlməyə hazırdırlarmı? Nazir vəzifəsinə yox, kəndə gəlməyə hazırdırlarmı?”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.