Adil Qeybulla: “İnsanlar doğrudan da pandemiyadan beziblər” - VİDEO

5-03-2021, 23:22           
Adil Qeybulla:
Ölkədə koronavirusa yoluxma rəqəmlərini nəzərə alsaq, karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac duyulmur.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında professor Adil Qeybulla deyib.

O bildirib ki, indiki dövrdə karantin tədbirlərini sərtləşdirməkdənsə, vaksinasiya prosesinə ciddi önəm vermək lazımdır:

“Hesab edirəm insanların bayramı hansısa formada keçirə bilməsinə şərait yaradılması daha düzgün olardı. Çünki insanlar doğrudan da pandemiyadan beziblər. Bütün dünyada bu problem yaşanır. Düşünürəm ki, vaksinasiya prosesinə xüsusi güc verməliyik. Bununla bağlı intensiv işlər görülməlidir ki, qısa müddətdə uğurlu nəticə əldə edək.

Üçüncü dalğanın yanından ötüb keçməyə çalışmalıyıq. Bunun üçün qapalı mühitdə karantin qaydalarına riayət etmək və ictimai nəqliyyatda qayda-qanun yaratmaq lazımdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru