Minasyanın yaydığı “sərhəd sənədi” həqiqətdir? - Zülfüqarov

20-05-2021, 14:45           
Minasyanın yaydığı “sərhəd sənədi” həqiqətdir? - Zülfüqarov
Azərbaycanla Ermənistan arasında sərhəd məsələləri ilə bağlı danışıqların getdiyini istisna etmirəm.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanın eks-prezidenti Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyanın yaydığı Azərbaycanla Ermənistan arasında sərhəd komissiya quruluşu sənədi haqda danışarkən deyib.

O bildirib ki, Minasyanın paylaşdığı sənədlə tanışdır:

“Lakin o sənəd dəqiq və rəsmi deyil. Mənə elə gəlir ki, Mikayıl Minasyan belə bir iddia ilə seçki öncəsi daxili auditoriyaya təsir etmək istəyir.

Bəllidir ki, hazırda parlament seçkilərinin nəticələrinə təsir edə biləcək bir sıra spesifik mövzular var. Bunlardan biri də sərhəddə baş verən hadisələrdir. Diqqət etsəniz, xüsusilə erməni tərəfi məsələni həddən artıq siyasiləşdirərək qabardır.

Hazırda Ermənistanda siyasi böhran hökm sürür. İstər Nikol Paşinyanın Qaragöl məsələsindən istifadə etməyə çalışması, istərsə də indi belə bir iddianın ortaya atılması aydın məsələdir ki, rəqiblərin seçki savaşıdır”.

Politoloq bildirib ki, Ermənistan erməniləri Qarabağ ermənilərini yenidən hakimiyyətdə görmək istəmir:

“Bu günə qədər Ermənistanın özündən Paşinyana qarşı ciddi siyasi fiqur çıxmayıb. Onun rəqibləri əsasən Qarabağ klanına mənsubdur”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru