“Ali Baş Komandanın, Azərbaycan ordusunun mövqeyi düzgündür” - Sərhəddəki vəziyyətlə bağlı açıqlama

16-11-2021, 18:53           
“Ali Baş Komandanın, Azərbaycan ordusunun mövqeyi düzgündür” - Sərhəddəki vəziyyətlə bağlı açıqlama


“Ali Baş Komandanın, Azərbaycan ordusunun mövqeyi düzgündür” - Sərhəddəki vəziyyətlə bağlı açıqlama
Tarix: Bu gün, 16:43 | Çap et
“Ali Baş Komandanın, Azərbaycan ordusunun mövqeyi düzgündür”
“Ermənistanda müşahidə edilən xaos əvvəlcədən planlaşdırılıb. Sözsüz ki, Rusiyanın maraqlarına xidmət edən proses həyata keçirilir. Təəssüf ki, Rusiya yenə də sözünü tutmur və Azərbaycana qarşı tamamilə başqa mövqe sərgiləyir. Rusiyanın bu məsələdə maraqları həm İran, həm də Qərblə üst-üstə düşür. Bildiyimiz kimi, İran Zəngəzur dəhlizinin açılmamasında, Qərb isə Ermənistanın Rusiyanın nəzarətindən çıxarılmasında maraqlıdır. Rusiya isə “sülhməramlı” dəstələrinin Azərbaycanda daimi qalmasını istəyir. Həmçinin, Azərbaycanı siyasi təsir dairəsində saxlamaq üçün Qarabağa hansısa statusun verilməsinə maraq göstərir. Lakin, əlbəttə ki, indiki halda Qarabağda yaşayan 15-20 min erməniyə hansısa statusun verilməsindən söhbət belə gedə bilməz”.

Bunu Pravda.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Politoloq qeyd edib ki, Rusiya erməni mənşəli hərbçilərin sayını çoxaltmağa və həmin hərbçiləri müəyyən tədbirlər adı altında Qarabağa gətirərək oradakı ermənilərin sayını çoxaltmağa hədəflənib: “Bu plan baş tutmadıqca isə ermənilərin əli ilə Azərbaycana qarşı müxtəlif tipli təxribatlar törətməyə başlayırlar. Qazaxdan tutmuş, Laçına, Kəlbəcərə qədər yerlərdə Azərbaycan əsgər və zabitlərinə, həmçinin mülki şəxslərə qarşı təxribatlar törədilir. Belə təxribatlar davam edəcək, çünki qarşı tərəf Azərbaycan ordusunun Ermənistan Respublikası ərazisinə daxil olmasını və nəticə etibarilə KTMT-nin 4-cü maddəsinə əsasən, ordumuzun işğaldan azad etdiyi əraziləri geri qaytarmaq istəyir. Təbii ki, əsas hədəf Şuşa və Hadrutdur. Bu məsələ ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin, habelə Azərbaycan ordusunun mövqeyi düzgündür. Biz aqressiv davranaraq hansısa məsələləri gündəmə gətirsək, uduza bilərik. Bunu bilirik və belə də davam etməliyik. Onu da qeyd edim ki, Qərb Paşinyanın hakimiyyətdə qalmasını, Rusiya isə bunun tam əksini istəyir. Ermənistanda baş qaldıran xaos həm də Paşinyan hakimiyyətini devirmək istəyi ilə bağlıdır. Dolayısı ilə, Rusiyanın Azərbaycana qarşı səmimi davranmadığını iddia etməyə haqqımız çatır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.