"Ölkə xarici müdaxilədən əziyyət çəkir" - Liviyanın xarici işlər naziri

22-11-2021, 09:11           
"Ölkə xarici müdaxilədən əziyyət çəkir" -
"Liviya parçalanma və qütbləşmə vəziyyətində yaşayır, xaos və xarici müdaxilələrdən əziyyət çəkir.

Bizim.Media xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Nəclə Manquş Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun təşkil etdiyi "Manama Dialoqu" konfransında çıxışında deyib.


"Ölkəmizin işlərinə çoxtərəfli müdaxilədən əziyyət çəkirik ki, bu da qeyri-sabitliyə səbəb olur. Mövcud şərait həm onun daxilində, həm də regionda təhlükəsizliyə xələl gətirir. Bütün Liviyalıları təmsil etməyən liderləri seçsək, bu, parçalanmanı daha da dərinləşdirəcək". Report Manquşun dediklərindən sitat gətirib.


Qeyd edək ki, Liviyada bir neçə ildir ki, paralel olaraq iki icraedici orqan mövcud olub: Tripolidə Faiz Sərrac Milli Razılıq Hökuməti və şərqdə parlament və Xəlifə Haftarın Liviya Milli Ordusu tərəfindən dəstəklədiyi müvəqqəti kabinet. 2019-cu ilin aprelində tərəflər arasında qarşıdurma Türkiyənin müdaxiləsindən sonra aradan qalxıb.

Fevral ayında İsveçrədə keçirilən Liviya Siyasi Dialoq Forumu Milli Birlik Hökumətinin yeni baş naziri Abdel Həmid Dbeibanı və Prezident Şurasının üç üzvünü seçib.

Hər iki şəxs Tripolidə müxtəlif güc strukturlarını birləşdirmək, həmçinin dekabrın 24-də prezident və parlament seçkilərini keçirmək məqsədi ilə vəzifələrinin icrasına başlayıb.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.