Brüsseldə Minsk qrupu niyə xatırlanmadı?

16-12-2021, 12:12           
Brüsseldə Minsk qrupu niyə xatırlanmadı?
Bunu Minsk qrupunun artıq vasitəçi orqan olaraq öz missiyasını yerinə yetirə bilməmisi və prosesdən kanarda qalması kimi dəyərləndirmək mümkündürmü?..

Politoloq: “Minsk qrupunun bir format kimi iflasa uğradığını artıq Brüsseldə də qəbul edirlər”.

“Moskvanın maraqlarının müəyyən bir çərçivə ilə məhdudlaşdırılmasında Avropanın vasitəçilik səyləri əsas amillərdən biri kimi çıxış edir. Hazırda müşahidə etdiyimiz odur ki, Minsk qrupu formatında yox, həmsədr ölkələrin ayrılqda səyləri daha uğurlu alınır”.

Bu sözləri politoloq Zaur İbrahimli Brüssel görüşündə ATƏT-in Minsk qrupunun heç vurğulamamasının və xatırlanmamsının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Brüsseldə Azərabycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi keçirilən görüşdə diqqət çəkən detallardan biri də Avropa İttifaqı Şurasının Prezidentinin üçtərəfli görüşün yekunu ilə bağlı yaydığı bəyanatda ATƏT-in Minsk qrupunun heç vurğulamaması və xatırlanmamsıdır.

Bu nə anlama gəlir? Bunu Minsk qrupunun artıq vasitəçi orqan olaraq öz missiyasını yerinə yetirə bilməmisi və prosesdən kanarda qalması kimi dəyərləndirmək mümkündürmü?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan 44 günblük Vətən Müharibəsində həm də Minsk Qrupunu məğlub etdi. Minsk Qrupu reallıqda tərəflərin güvənə biləcəyi vasitəçilik formatı deyildi”.

Minsk qrupunun vasitəçi kimi öz missiyasını sona çatdırması prosesinin mərhələ-mərhələ baş verəcəyini, artıq ilk addım atıldığını nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, artıq Rusiyan əsas vasitəçi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyantla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin isə təminatçısdır:

“Azərbaycan 44 günblük Vətən Müharibəsində həm də Minsk Qrupunu məğlub etdi. Minsk Qrupu reallıqda tərəflərin güvənə biləcəyi vasitəçilik formatı deyildi. Bu qrupun bir üzvü - Rusiyanın hərbi qüvvələri hazırda Qarabağ bölgəmizdə sülhmərmalı missiya yerinə yetirir. Bu missiyanın gerçəkdən sülhməramlı olmasıyla bağlı Azərbaycan cəmiyyətində ciddi suallar və narahatlıq var. Çünki, 2020-ci il 10 noyabrdan sonra baş verən bir sıra hadisələr Rusiya sülhməramlılarının sırf öz mandatları çərçivəsində hərəkət etdiklərini mübahisələndirmək imkanları yaradır.

Digər həmsədr Fransa birmənalı Ermənistanı dəstəkləyir. ABŞ xarici siyasət gübndəliyində hazırda fərqli prioritetlər var, bununla belə Vaşinqton Cənub Qafqazadakı prosesləri diqqətdə saxlayır.

Müharibədən sonra Azərbaycan və Ermənistan XİN başçılarının təklikdə görüşü məhz Nyu-Yorkda baş tutdu. Belə bir vəziyyətdə Bakı və İrəvan üçün Avropa İttifaqının vasitəçiliyi yaxşı imkandır.

Zaur İbrahimli: “Son görüş onu göstərdi ki, Avropa İttifaqının vasitəçiliyi ilə Bakı və İrəvanın dialoq daha konstruktiv ola bilər”.

İndiki halda Rusiya əsas vasitəçi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyantla nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin təminatçısdır. Həmçinin Rusiyanın Ermənistana real təsir imkanları var. Rusiya ilə maraqları uzalşdırmadan Bakı və İrəvan üçün postmüharibə dövründə prosesləri tənzimləmək qeyri mümkündür.

Bununla yanaşı Moskvanın maraqlarının müəyyən bir çərçivə ilə məhdudlaşdırılmasında Avropanın vasitəçilik səyləri əsas amillərdən biri kimi çıxış edir. Hazırda müşahidə etdiyimiz odur ki, Minsk qrupu formatında yox, həmsədr ölkələrin ayrılqda səyləri daha uğurlu alınır. Bu gerçəyi Avropa İttifaqı da qəbul edir. Minsk qrupu həmsədr ölkələrinin birgə səylərinin uğurlu alınması mümkün deyil və onlar buna qadir də deyillər, fərqli maraqları təmsil edirlər, yalnız 30 ildə bir məsələdə həmrəy olublar ki, müharibıə həll yolu deyil. Tarix isə əksini sübut etdi.

Buna görə Minsk qrupunun bir format kimi iflasa uğradığını artıq Brüsseldə də qəbul edirlər. Lakin Minsk qrupunun vasitəçi kimi öz missiyasını sona çatdırması prosesi mərhələ-mərhələ baş verəcək. Artıq ilk addım atıldı və son görüş onu göstərdi ki, Avropa İttifaqının vasitəçiliyi ilə Bakı və İrəvanın dialoq daha konstruktiv ola bilər”.

Nərminə UMUDLU












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.