“Bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq” - Ukraynalı nazir

4-03-2022, 09:28           
“Bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq” - Ukraynalı nazir
"Biz bəşəriyyət tarixində ən böyük texnogen fəlakətin astanasındayıq".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukraynanın energetika naziri German Qaluşenko Rusiya hərbçilərinin atəşi nəticəsində Zaporojye AES-də baş verən yanğınla bağlı danışarkən deyib.

"Rusiya, Ukraynaya sarsıdıcı zərbələr endirməkdə davam edir. Onun qarşısını minlərlə insan tələfatı və faciələr dayandırmır. Bu gün o, bütün dünyanı məhv etmək istəyir. O, tanklardan, ağır artilleriyadan Avropanın ən böyük Zaporojye Atom Elektrik Stansiyasının bloklarını atəşə tutub. Bu cür hərəkətlərin fəlakətli nəticələrini tam dərk edərək", - Qaluşenko bildirib.

O əlavə edib ki, stansiyanın ərazisində döyüş davam edir, yanğın genişlənir:

"Bu, bəşəriyyətin və planetimizin məhvi müharibəsidir. Düşmən nüvə və radiasiya təhlükəsizliyinə əhəmiyyət vermir. O, ukraynalıların, avropalıların və öz vətəndaşlarının həyatına biganədir", - nazir vurğulayıb.

"Biz bu beynəlxalq təşkilatın müdaxiləsini və Rusiyaya qarşı sərt qərarlar qəbul etməyi tələb etdik. Amma hələlik belə bir şey yoxdur", - Qaluşenko bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru