Keçmiş XİN başçısı: “Rusiyada ciddi iqtisadi böhran yaşanacaq”

5-03-2022, 08:05           
Keçmiş XİN başçısı:
Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəliblər.Belarusda rəsmi Kiyev və Rusiya arasında danışıqların ikinci mərhələsi başa çatıb.
Tərəflər müvəqqəti atəşkəs və danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Məlumata görə, danışıqların üçüncü mərhələsi yaxın günlərdə baş tutacaq.

Ukrayna Prezident ofisi rəhbərinin müşaviri Mixail Podolyak qeyd edib ki, rəsmi Kiyevin nümayəndə heyəti gözlədiyi nəticəni əldə edə bilməyib. Qeyd edək ki, rus qoşununun dərhal Ukraynadan çıxarılması üçün rəsmi Kiyev dəfələrlə tələblər qoyub. Rusiya tərəfi müvəqqəti atəşkəsə görə razılaşmaya gedir. Buna baxmayaraq, prezident Vladimir Putin öhdəlikdən boyun qaçırır, günahsız insanlara atəş açmaqdan, yaşayış yerlərini viran qoymaqdan əl çəkmir, ordusunu ərazidən çıxartmır. Dünya ölkələri sanksiyalar və cəzalar tətbiq edir. Lakin Rusiya bunlara məhəl qoymur. Baş verəcək danışıqların nə ilə nəticələnəcəyi məlum deyil.

Rusiya və Ukrayna arasındakı danışıqlardan “Sherg.az”a bəhs edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov tərəflərin danışıqlarla istədikləri nəticəni əldə edə bilməyəcəyini bildirib:

“Əslində, hərbi əməliyyatların indiki mərhələdə dayandırılması heç bir tərəfi qane etmir. Onların məqsədləri bəyan olunub. Ancaq həll etməyə imkan yaranmayıb. Gələcək təmaslar əsasında dəyişikliklər baş verə bilər.

Proseslər ilk növbədə Rusiya ilə bağlı özünü göstərəcək. Çünki şimal qonşumuzda ciddi iqtisadi böhran yaşanacaq.

Bu halda siyasi problemlər qaçılmazdır. Hesab edirəm ki, müvəqqəti də olsa, atəşkəs rejiminə riayət etmək strateji baxımdan Ukrayna üçün daha sərfəlidir. Ancaq bu danışıqlar vasitəsilə əsas siyasi hədəflərə çatılmayacaq"












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.