"Var gücümlə çalışıram bir azərbaycanlı jurnalist kimi burada olmağımın etimadın doğruldum" - ETİRAZ

5-03-2022, 11:48           
"Var gücümlə çalışıram bir azərbaycanlı jurnalist kimi burada olmağımın etimadın doğruldum" - ETİRAZ
“Türkiyənin Kiyevdəki səfirliyinə, türklərin Ukraynada informativ sistemli təşkilatlanmasına baxıb qardaş həsədi aparıram. Eyni fəxarətlə Moldovada, Rumıniyada, Macarıstanda və Polşadakı öz səfirliklərimizə də baxıb yaxşı mənada həsəd aparırıq. Belə də olmalıdır, çünki bizim güclü dövlətimiz ancaq belə təmsilçiliyi haqq edir. Bəs Kiyevdəki biz? Bəs bizim buradakı səfirlik? Var gücümlə çalışıram bir azərbaycanlı jurnalist kimi burada olmağımın etimadın doğruldum. Bu təkliyin, stressin altında. Çox sağ olsun ukraynalı həmkarlar əllərindən gələn təşkilati dəstəyi əsirgəmirlər bu qəfil yaranan blokadada. Amma bir azərbaycanlı jurnalist kimi təklik fiziki anlamda yox, mənən məyus edir, uzaq yerdə bu müharibədə. Blokadaya düşmüş ölkədə. Öz səfirliyimiz ilə doğru düzgün bir əlaqə, bir ünsiyyət qura bilmirəm”. Teref.az pravda.az-a istinadən xəbər verir ki, bunu Ukraynada olan jurnalist Mübariz Aslanov bildirib.

M.Aslanov qeyd edib ki, səfirlik əməkdaşlarının səsləri gah Lvovdan gəlir, gah Kiyevdən gəlir: “Cavab verən də yoxdur. Müharibəyə qədər lazım idik, indi yox? Yoxsa mətbuat yenə AzTV-dən ibarətdir ancaq? Ölkə boyu azərbaycanlıların bir hissəsi öz gücünə, bir qismi də Bakıdan Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tərk etdi. O zaman bəs bunlar burada nəyə “zanit”dirlər? Sonuncu dəfə səfirliyin mətbuat katibi çarəsiz halda bildirib ki, “təxliyə üçün işlədiyin yer Bakıdan XİN-ə məktub yazsın, onu yazsın, bunu yazsın və sair, mənim başım özümə qarışıb”. Telefon danışığından hiss olunurdu Kiyevdə deyil. Qardaş, mən təxliyyə üçün hələ tələsmirəm, təxliyə olsam belə Allah etməsin burada səfirliyə möhtac olub, nəticədə Ukraynanın, Polşanın, Rumıniyanın və sair çöllərində qalım. Bunu özüm də bacararam. Hətta özümüz də adamlar təxliyə etdik, nə olsun, bunu piar etmədik. Mən jurnalist kimi burada mümkün qədər işləmək istəyirəm və mümkün olan yerə qədər də işləyəcəm. Buradakı səfirlikdən isə əvvəldən gözləntim olmayıb (əksinə, aylarıdır, fəaliyyətimiz fonunda bizim etdiklərimiz hamı görür), müharibə vaxtı da bir mənəvi təskinlik üçün lazım idi. O da indən belə, bunu mən yazmağa vadar olandan sonra heç lazım deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.